Məzmuna keç

Şivaizm

Vikipediya, azad ensiklopediya
Şiva, Şivaizmin əsas allahıdır.

Şivaizm və ya Şaivizm (sanskr. शैवसंप्रदायः ŚaivasampradāyaḥIAST) — Hinduizm daxilindəki ən mühüm ənənələrdən biridir və Şivaya Ali Varlıq kimi sitayiş edir.[1] Hinduizmin böyük hissəsində olduğu kimi, Şivaizmin də Şiva Siddhanta kimi sitayişə söykənən dualist teizmdən, Kəşmir Şivaizmi kimi yoqa yönümlü monist nonteizmə qədər bir çox qol-ənənəsi mövcuddur.[2] Ən qədim Şivaist təriqətlərindən biri Paşupata Şivaizmidir. Bu cərəyanlar həm Vedaları, həm də Aqama mətnlərini teologiyanın mühüm mənbələri kimi qəbul edir.[3][4]

Şivaizm cənubi Tamil Şiva Siddhanta ənənələri və fəlsəfələrinə əsaslanan Veda öncəsi dinlərin və ənənələrin sintezi kimi inkişaf etmiş və Veda xarici Şiva ənənəsinə assimilyasiya olunmuşdur.[5] Bizim eradan əvvəlki son əsrlərdən başlayan Sanskritləşmə və Hinduizm sintezi prosesində bu Veda öncəsi ənənələr Veda allahı Rudra və digər Veda ilahiləri ilə adaptasiya edilmiş, beləliklə Veda xarici Şiva ənənələri Veda-Brahmanik ənənəyə daxil edilmişdir.[6]

Şiva (sanskr. शिव, śivaIAST) hərfən "mülayim", "xeyirxah", "lütfkar" və ya "mübarək" mənalarını ifadə edir.[7] Xüsusi isim kimi işləndikdə isə "Mübarək/Xeyirxah Varlıq" mənasını verir.

"Şiva" sözü Riqvedada Rudra da daxil olmaqla bir neçə Riqveda allahı üçün təyinətedici sifət kimi işlənilir.[8] Sanskrit dilindəki śaiva və ya şivaist sözü "allah Şiva ilə bağlı olan" deməkdir;[9] müvafiq inanc, ibadət, tarix, ədəbiyyat və təriqətlər məcmusu isə Şivaizmi təşkil edir.[10]

Hind vadisi mədəniyyəti

[redaktə | vikimətni redaktə et]

Bəzi tədqiqatçılar Şivaizmin mənşəyini e.ə. 2500–2000-ci illər arasında çiçəklənmə dövrünü yaşayan Hind vadisi mədəniyyəti ilə əlaqələndirirlər.[11] Arxeoloji tapıntılar Şivaya bənzəyən bir ilahini təsvir edən möhürləri üzə çıxarmışdır. Bunlardan biri də əvvəllər alimlər tərəfindən heyvanlarla əhatə olunmuş, buynuzlu və meditativ yoqa duruşunda oturan bir fiqur kimi yozulan "Paşupati möhrü"dür. Bu Paşupati (Sanskrit: paśupati, "Heyvanların rəbbi") möhrü həmin tədqiqatçılar tərəfindən Şivanın prototipi kimi qiymətləndirilmişdir. Lakin Qavin Flud bu baxışları "spekulyativ" adlandıraraq, möhürdəki fiqurun üçüzlü olub-olmadığının, yoqa duruşunda oturub-oturmadığının və hətta bu təsvirin ümumiyyətlə insan fiqurunu ifadə edib-etmədiyinin dəqiq aydınlaşmadığını bildirir.[11]

Şivaizmin meydana gəlməsi

[redaktə | vikimətni redaktə et]

Qavin Fludun fikrincə, "bizim anladığımız mənada Şivaist ənənələrin formalaşması e.ə. 200 — b.ə. 100-cü illər aralığında formalaşmağa başlanmışdır".[12] Şiva ilkin olaraq, ehtimalla, Brahman ilahisi olmamış,[5] lakin sonradan Brahman panteonuna inteqrasiya edilmişdir.[13]

Puranik Şivaizm

[redaktə | vikimətni redaktə et]

Qupta imperiyası dövründə (təxminən b.ə. 320–500) Hindistanda Purana ədəbi janrı inkişaf etmiş və bu Puranaların bir çoxunda — Vişnuizm, Şaktizm, Brahmanların Smarta ənənələri və digər mövzularla yanaşı — Şivaizmə dair geniş bölmələr yer almışdır. Bu da həmin dövrdə Şivaizmin malik olduğu mühüm töhfəni və nüfuzu nümayiş etdirir.[11]

Bu dövrün ən mühüm Şivaist Puranaları cərgəsinə "Şiva-purana", "Skanda-purana" və "Linqa-purana" daxildir.[14]

Şivaizm və digər Hinduizm ənənələri arasındakı fərqlər

[redaktə | vikimətni redaktə et]
Şivaizmin digər Hinduizm ənənələri ilə müqayisəsi
Şivaist ənənələrVişnuist ənənələrŞakta ənənələriSmarta ənənələriMənbələr
Müqəddəs mətnlərVedalar, Upanişadlar və AqamalarVedalar, Upanişadlar və AqamalarVedalar və UpanişadlarVedalar və Upanişadlar[15][16]
Ən ali ilahiŞivaVişnuDeviYoxdur (Parabrahman bu qəbildən sayıla bilər)[17][18]
Yaradıcı ilahŞivaVişnuDeviBrahman prinsipi[17][19]
Avatar konsepsiyasıAz əhəmiyyətlidirMühüm əhəmiyyətə malik olan konsepsiyadırƏhəmiyyətli konsepsiyadırAz əhəmiyyətlidir[15][20][21]
Zöhd / Münzəvi həyatTövsiyə olunurQəbul edilirQəbul edilirTövsiyə olunur[15][22][23]
Rituallar, BhaktiQəbul edir[24][25]Qəbul edirQəbul edirQeyri-məcburidir / İxtiyaridir[26][27]
AhimsaVegetarianlıqTövsiyə olunur, məcburi deyilQəbul edirMəcburi deyilTövsiyə olunur, məcburi deyil[28][29]
Azad iradə, Maya (illüziya), KarmaQəbul edirQəbul edirQəbul edirQəbul edir[17]
Metafizik baxışBrahman (Şiva), Atman (Mahiyyət)Brahman (Vişnu), AtmanBrahman (Devi), AtmanBrahman, Atman[17]
Qnoseologiya (Epistemologiya)
(Pramana)
1. Qavrayış
2. Məntiqi nəticə
3. Mötəbər şəhadət
4. İntuitiv idrak (öz-özünə aydın olan)[30]
1. Qavrayış
2. Məntiqi nəticə
3. Mötəbər şəhadət
1. Qavrayış
2. Məntiqi nəticə
3. Mötəbər şəhadət
1. Qavrayış
2. Məntiqi nəticə
3. Müqayisə və bənzətmə
4. Fərziyyə (törəmə)
5. Qeyri-qavrayış (yoxluğun dərki)
6. Mötəbər şəhadət
[31][32][33]
FəlsəfəDvayta, məhdud advayta, advaytaVişiştadvayta, Dvayta, məhdud advayta, advaytaŞakti-advaytaAdvayta, məhdud advayta[34][35]
Xilas
(Soteriologiya)
Civanmukta,
Çarya-Kriya-Yoqa-Cnyana[36]
Videhamukti, Yoqa,
dünyəvi (münzəvi olmayan) həyat
Bhakti, Tantra, YoqaCivanmukta, Advayta, Yoqa,
münzəvi həyat
[37][38]
  1. Raju, P. T. Structural Depths of Indian Thought (ingilis). State University of New York Press. 1985. 10–14, 509–516. ISBN 978-0-88706-139-4. 22.12.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2018.
  2. Tagare, Ganesh. The Pratyabhijñā Philosophy (ingilis). Motilal Banarsidass. 2002. 16–19. ISBN 978-81-208-1892-7.
  3. Dhavamony, Mariasusai. Hindu Spirituality (ingilis). Gregorian University and Biblical Press. 1999. 31–34. ISBN 978-88-7652-818-7.
  4. Dyczkowski, Mark. The Canon of the Śaivāgama (ingilis). Motilal Banarsidass. 1989. 43–44. ISBN 978-81-208-0595-8.
  5. 1 2 Chakravarti, Mahadev. The Concept of Rudra-Śiva Through The Ages (ingilis). Motilal Banarsidass. 1986. 66–70. ISBN 978-81-208-0053-3.
  6. "Shaivism". Oxford Bibliographies (ingilis). 05.08.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2024.
  7. Apte, Vaman Shivaram. The Practical Sanskrit-English Dictionary (ingilis) (4th rev. & enlarged ed.). Delhi: Motilal Banarsidass. 1989. 919. ISBN 978-81-208-0567-5.
  8. Chakravarti, Mahadev. The Concept of Rudra-Śiva Through The Ages (ingilis) (1st ed.). Delhi: Motilal Banarsidass. 1986. 314. ISBN 978-81-208-0053-3.
  9. Apte, Vaman Shivaram. The Practical Sanskrit-English Dictionary (ingilis) (4th rev. & enlarged ed.). Delhi: Motilal Banarsidass. 1989. 927. ISBN 978-81-208-0567-5.
  10. Flood, Gavin D. An Introduction to Hinduism (ingilis). New York, NY: Cambridge University Press. 1996. 149. ISBN 978-0-521-43304-4.
  11. 1 2 3 Flood, Gavin. The Blackwell Companion to Hinduism. Blackwell companions to religion (ingilis). Hoboken: John Wiley & Sons, Ltd. 2008. 204–205. ISBN 978-1-4051-3251-0.
  12. Flood, Gavin. The Blackwell Companion to Hinduism. Blackwell companions to religion (ingilis). Hoboken: John Wiley & Sons, Ltd. 2008. 205. ISBN 978-1-4051-3251-0.
  13. Flood, Gavin D. An Introduction to Hinduism (ingilis). New York, NY: Cambridge University Press. 1996. 150. ISBN 978-0-521-43304-4.
  14. Bakker, Hans. The World of the Skandapurāṇa: Northern India in the Sixth and Seventh Centuries. Supplement to Groningen Oriental studies (ingilis). Leiden: Brill. 2014. 2–5. ISBN 978-90-04-27714-4.
  15. 1 2 3 Jones, Ryan, 2006. səh. 474
  16. Dhavamony, Mariasusai. Hindu Spirituality (ingilis). Gregorian Press. 1999. 32–34. ISBN 978-88-7652-818-7. 29.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  17. 1 2 3 4 Gonda, Jan. Visnuism and Sivaism: A Comparison (ingilis). Bloomsbury Academic. 1970. ISBN 978-1-4742-8080-8. 30.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  18. Partridge, Christopher. Introduction to World Religions (ingilis). Fortress Press. 2013. 182. ISBN 978-0-8006-9970-3. 30.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  19. Gupta, Sanjukta. Advaita Vedanta and Vaisnavism: The Philosophy of Madhusudana Sarasvati (ingilis). Routledge. 2013. 65–71. ISBN 978-1-134-15774-7. 30.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  20. Lai, Ah Eng. Religious Diversity in Singapore (ingilis). Institute of Southeast Asian Studies, Singapore. 2008. 221. ISBN 978-981-230-754-5. 03.05.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  21. Dhavamony, Mariasusai. Hindu-Christian Dialogue: Theological Soundings and Perspectives (ingilis). Rodopi. 2002. 63. ISBN 90-420-1510-1. 07.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  22. Phillips, Stephen H. Classical Indian Metaphysics (ingilis). Columbia University Press. 1995. 332. ISBN 978-0812692983.
  23. Olivelle, Patrick. The Samnyasa Upanisads (ingilis). Oxford University Press. 1992. 4–18. ISBN 978-0195070453.
  24. "Shaivas". Overview Of World Religions (ingilis). Philtar. 22.02.2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.12.2017.
  25. Munavalli, Somashekar. Lingayat Dharma (Veerashaiva Religion) (PDF) (ingilis). Veerashaiva Samaja of North America. 2007. 83. 26.06.2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13.12.2017.
  26. Prakash, Prem. The Yoga of Spiritual Devotion: A Modern Translation of the Narada Bhakti Sutras (ingilis). Inner Traditions. 1998. 56–57. ISBN 978-0-89281-664-4. 23.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  27. Frazier, J. "Bhakti in Hindu Cultures". The Journal of Hindu Studies (ingilis). Oxford University Press. 6 (2). 2013: 101–113. doi:10.1093/jhs/hit028.
  28. Kemmerer, Lisa; Nocella, Anthony J. Call to Compassion: Reflections on Animal Advocacy from the World's Religions (ingilis). Lantern. 2011. 27–36. ISBN 978-1-59056-281-9. 27.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  29. Simoons, Frederick J. Plants of Life, Plants of Death (ingilis). University of Wisconsin Press. 1998. 182–183. ISBN 978-0-299-15904-7. 07.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  30. Sivaraman, K. Śaivism in Philosophical Perspective (ingilis). Motilal Banarsidass. 1973. 336–340. ISBN 978-81-208-1771-5. 28.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  31. Grimes, John A. A Concise Dictionary of Indian Philosophy: Sanskrit Terms Defined in English (ingilis). State University of New York Press. 238. ISBN 978-0791430675.
  32. Flood, 1996. səh. 225
  33. Deutsch, Eliott. Roy Perrett (redaktor). Philosophy of Religion: Indian Philosophy Vol 4 (ingilis). Routledge. 2000. 245–248. ISBN 978-0815336112.
  34. McDaniel, June. Offering Flowers, Feeding Skulls (ingilis). Oxford University Press. 2004. 89–91. ISBN 978-0-19-534713-5. 04.01.2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  35. Clark, Matthew James. The Daśanāmī-saṃnyāsīs: The Integration of Ascetic Lineages into an Order (ingilis). Brill. 2006. 177–225. ISBN 978-90-04-15211-3. 30.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  36. Hurley, Leigh; Hurley, Phillip. Tantra, Yoga of Ecstasy: the Sadhaka's Guide to Kundalinin and the Left-Hand Path (ingilis). Maithuna Publications. 2012. 5. ISBN 9780983784722.
  37. Skoog, Kim. Fort, Andrew O.; Mumme, Patricia Y. (redaktorlar ). Living Liberation in Hindu Thought (ingilis). SUNY Press. 1996. 63–84, 236–239. ISBN 978-0-7914-2706-4. 25.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.
  38. Prasad, Rajendra. A Conceptual-analytic Study of Classical Indian Philosophy of Morals (ingilis). Concept. 2008. 375. ISBN 978-81-8069-544-5. 29.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2017.

Əlavə ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]