# görə (blogs) — RSS Amplifier

Recent posts from the 2 feeds in the RSS Amplifier directory that cover görə.

Page: <https://rssamplifier.com/topics/g%C3%B6r%C9%99/blogs>  
Feed: <https://rssamplifier.com/topics/g%C3%B6r%C9%99/blogs.md>

---

## [Sağlam insanın qoxusu nəyə bənzəməlidir?](https://tacxeber.az/2026/08/27/saglam-insanin-qoxusu-n%c9%99y%c9%99-b%c9%99nz%c9%99m%c9%99lidir-2/)

_2026-08-27 · redaktor · Tac xəbər_

Həkim sağlam və normal insandan gəlməli olan qoxunu açıqlayıb… Tibb elmləri namizədi Diana Genvarskaya bildirib ki, insanın xoşagəlməz qoxusu ciddi xəstəliklərdən xəbər verə bilər. Tacxeber.com bildirir ki, “Danışır Moskva” radiostansiyasındakı proqramda həkim qeyd edib ki, ağızdan, tərdən, sidikdən və nəcisdən gələn qoxu limfa sistemi ilə bağlı problemləri, həmçinin asidoz, diabet və böyrək...…

## [Paşinyan: &#8220;Qoy bizi Respublika Meydanında assınlar&#8221;](https://tacxeber.az/2026/08/27/pasinyan-qoy-bizi-respublika-meydaninda-assinlar/)

_2026-08-27 · redaktor · Tac xəbər_

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların istəsə, Respublika Meydanında asılmağa hazırdır. O, bunu avqustun 27-də keçirilən brifinqdə müxalifətə səs verən bəzi vətəndaşların kütləvi həbslər və cəzalar tələb etməməsi ilə bağlı suala cavab olaraq bildirib. Paşinyan bildirib ki, əgər ermənilər hakimiyyətin hərəkətlərini səhv hesab edirlərsə, küçələrə çıxıb inqilab etmək hüququna…

## [Paşinyanın əsas hədəfi: Konstitusiya referendumuna gedən yolu açmaq](https://tacxeber.az/2026/08/27/pasinyanin-%c9%99sas-h%c9%99d%c9%99fi-konstitusiya-referendumuna-ged%c9%99n-yolu-acmaq/)

_2026-08-27 · redaktor · Tac xəbər_

Baş nazir Nikol Paşinyanın təlimatıyla radikal müxalifət liderlərinin korrupsiya əməllərinə görə həbslərinin və kilsə rəhbərinin neytrallaşdırması çalışmasının arxasındakı səbəblərindən biri və bəlkə də başlıcası Konstitusiya dəyişikliyi ilə bağlıdır. Ermənistan hökumətinin ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramında Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətlər…

## [Kreml: Rusiya “sərt” cavab verəcək](https://tacxeber.az/2026/08/27/kreml-rusiya-s%c9%99rt-cavab-ver%c9%99c%c9%99k/)

_2026-08-27 · redaktor · Tac xəbər_

Rusiya Ukraynanın Rusiyanın iqtisadi və ticarət infrastrukturuna endirdiyi zərbələrə “sərt” cavab verəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bloomberg-ə açıqlamasında bildirib. Peskovun sözlərinə görə, Ukraynanın hücumları Rusiyanın iqtisadi və ticarət infrastrukturunun fəaliyyətini pozmağa və bununla da Moskvanı cavab verməyə təhrik etməyə yönəlib. “Bu, sərt cavab olacaq”, –…

## [İran böyük dəyişikliklərin astanasındadır](https://tacxeber.az/2026/08/27/iran-boyuk-d%c9%99yisiklikl%c9%99rin-astanasindadir/)

_2026-08-27 · redaktor · Tac xəbər_

İranda rejimlə cəmiyyət arasında yeni münaqişə ehtimalı artır. İran milli valyutası hər ötən gün dəyər itirir və artıq 1 ABŞ dolları 2 030 000 riala dəyişilir. Halbuki, ABŞ-ın hərbi əməliyyatlara başladığı 28 fevraldan öncə 1 ABŞ dolları 1 450 000 riala bərabər idi. İş yerlərinin kütləvi bağlanması, milli valyutanın hər... The post İran böyük dəyişikliklərin astanasındadır appeared first on Tac…

## [İsrail mediası: “Azərbaycan İsrail və Türkiyə arasında gərginliyi azaltmaq üçün vasitəçilik edir”](https://tacxeber.az/2026/08/27/israil-mediasi-az%c9%99rbaycan-israil-v%c9%99-turkiy%c9%99-arasinda-g%c9%99rginliyi-azaltmaq-ucun-vasit%c9%99cilik-edir/)

_2026-08-27 · admin · Tac xəbər_

Azərbaycan İsrail və Türkiyə arasında Suriya ilə bağlı artan gərginliyi azaltmaq və iki ölkə arasında mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün vasitəçilik edir. Bu barədə İsrailin “Ynet” nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Bakı yaxın tərəfdaşları olan İsrail və Türkiyə arasında münasibətlərin pisləşməsindən narahatdır. Məlumata görə, Azərbaycan Prezidenti...…

## [Bakıya kim gəlsin?](https://tacxeber.az/2026/08/27/bakiya-kim-g%c9%99lsin/)

_2026-08-27 · admin · Tac xəbər_

… İndi gələk sizi yormayacaq, əksinə fərəhləndirəcək qısa statistikaya. Bunlara imza atan bir Azərbaycan klubudur və artıq illər arzusunda olduğumuz göstəricilər deyil. Beləliklə, UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin… – Ən çox qələbə qazanan komandası: “Sabah” (6 qələbə) – Ən çox qol vuran komandası: “Sabah” (18 qol) – Qapıya ən çox... The post Bakıya kim gəlsin? appeared first on Tac…

## [Bizdən nəyi gizlədirlər&#8230;?](https://tacxeber.az/2026/08/27/bizd%c9%99n-n%c9%99yi-gizl%c9%99dirl%c9%99r/)

_2026-08-27 · redaktor · Tac xəbər_

Vatikanın Dövlətlərlə Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallagerin Moskvaya səfərinin pərdə arxasında Müqəddəs Taxt-tacın çox praqmatik motivləri var… İlk səbəb maliyyə məsələsidir… Coniuncta Cura fərmanı ilə maliyyə islahatlarından sonra Vatikan agentlikləri xarici kommersiya banklarında aktivlər yerləşdirmək hüququ qazandılar. Bu, Trampı dəstəkləməyən sağçı elitalardan, eləcə də…

## [Tramp Müctəba Xameneinin yaralandığını elan etdi və müharibəyə tez bir zamanda son qoyacağına söz verdi](https://tacxeber.az/2026/08/26/tramp-muct%c9%99ba-xameneinin-yaralandigini-elan-etdi-v%c9%99-muharib%c9%99y%c9%99-tez-bir-zamanda-son-qoyacagina-soz-verdi/)

_2026-08-26 · redaktor · Tac xəbər_

ABŞ prezidenti Donald Tramp mühafizəkar radio aparıcısı Qlenn Beklə müsahibəsində bildirib ki, İranın Ali Lideri Müctəba Xamenei İran ərazisinə endirilən zərbə nəticəsində ağır yaralanıb, lakin sağ qalıb. “Düşünmürəm ki, o öldü. Bədəninin sol tərəfindən çox ciddi bir yara aldı. Ağır yaralanmışdı, amma öldüyünü düşünmürəm”, – Tramp dedi. Amerika lideri həmçinin... The post Tramp Müctəba Xameneinin…

## [Türkiyə-İsrail gərginliyində Bakı düyünü](https://tacxeber.az/2026/08/26/turkiy%c9%99-israil-g%c9%99rginliyind%c9%99-baki-duyunu/)

_2026-08-26 · redaktor · Tac xəbər_

Türkiyə və İsrail yenidən Azərbaycanın vasitəçiliyini qəbul ediblərsə, məqsəd bu iki ölkəni barışdırmaq olmayacaq. Bu indiki şərtlər altında mümkün deyil. Əsas məqsəd iki ölkə arasında gərginliyin azaldılmasına nail olmaqdır. İsrail və Türkiyə Suriya üzərindən toqquşmaya çox yaxındırlar. Suriya və İsrail rəsmiləri İordaniyada görüşüb gərginliyi aradan qaldırmağa çalışırlar. İkinci müzakirə…

## [Screen Share With Real Control (Sponsored)](https://crawlproof.com/a/6rKv0dwrNxAw)

_2026-08-26 · **Sponsored**_

Collaborative screen sharing with simultaneous remote control — open source, like Screenhero.

## [Paşinyan: Ermənilər və Azərbaycanlılar &#8220;ən yaxşı sülhməramlılar&#8221;a çevriliblər](https://tacxeber.az/2026/08/25/pasinyan-erm%c9%99nil%c9%99r-v%c9%99-az%c9%99rbaycanlilar-%c9%99n-yaxsi-sulhm%c9%99ramlilara-cevrilibl%c9%99r/)

_2026-08-25 · redaktor · Tac xəbər_

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan xalqları “ən yaxşı sülhməramlılar”dır və buna görə də respublikanın xarici sülhməramlılara ehtiyacı yoxdur. Parlamentdəki çıxışı zamanı Paşinyan müxalifətdəki “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarına müraciət edərək bildirib ki, onların məqsədi ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)…

## [Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur](https://tacxeber.az/2026/08/25/ukraynanin-kecmis-mudafi%c9%99-naziri-kiyev-muharib%c9%99ni-yavas-yavas-uduzur/)

_2026-08-25 · redaktor · Tac xəbər_

Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov bildirib ki, Kiyev müharibə zamanı tədricən Moskvaya mövqelərini itirir. “Düşünürəm ki, hazırda irəliləyiş yolumuzu müəyyən edəcək bir dönüş nöqtəsindəyik, amma görünür ki, biz (müharibədə) yavaş-yavaş uduzuruq”, – deyə o, Reuters agentliyinə bildirib. Fedorovun sözlərinə görə, Ukrayna münaqişəyə ən qısa müddətdə son qoymaq üçün bir... The post…

## [Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib &#8211; SİYAHI](https://tacxeber.az/2026/08/25/nazirlikd%c9%99-harda-pullu-sah%c9%99-varsa-emin-emrullayev-dostlarini-ora-t%c9%99yin-edib-siyahi/)

_2026-08-25 · redaktor · Tac xəbər_

Ölkə təhsilini bazara çevirib milyonlar qazanan bu şəxslərdir… Bu foto 2017-ci il dekabrın 18-də çəkilib. Emin Əmrullayev və dostlarının məclisidir. Təbii ki, burada qeyri-adi heç nə yoxdur, hər kəs dostları ilə yığışıb məclis təşkil edə bilər. Gözəl nümunədir və E.Əmrullayev həmin vaxt nazir deyildi, şöbə müdiri vəzifəsində çalışırdı. Fotodakı şəxslərin... The post Nazirlikdə harda pullu sahə…

## [Qırmızı ordu hissələri Təbriz küçələrində](https://tacxeber.az/2026/08/25/qirmizi-ordu-hiss%c9%99l%c9%99ri-t%c9%99briz-kuc%c9%99l%c9%99rind%c9%99/)

_2026-08-25 · redaktor · Tac xəbər_

85 il öncə, 1941-ci il avqustun 25-də Britaniya və SSRİ qoşunları İrana qarşı “Countenance” (rusca: согласие) əməliyyatına başladılar. İran İkinci Dünya müharibəsində öz bitrəfliliyini elan etmişdi, amma müttəfiqlərə nəzarətlərində olan İran lazım idi. Britaniya qoşunları İraq ərazisindən, sovet qoşunları isə Azərbaycan və Türkmənistandan İrana girdilər. Qəfil yaxalanan şah ordusu, demək... The…

## [Qüdrətin &#8220;Quran azərbaycanca oxunsun&#8221; arzusu](https://tacxeber.az/2026/08/25/qudr%c9%99tin-quran-az%c9%99rbaycanca-oxunsun-arzusu/)

_2026-08-25 · redaktor · Tac xəbər_

İki-üç gün qabaq haradansa oxudum ki, deputat, partiya sədri Qüdrət Həsənquliyev deyib ki, hüzür yerlərində Quran Azərbaycan dilində oxunsun… Gözəl arzudur. Adama lap Mikayıl Müşfiqin “yenə o bağ olaydı” şeirini xatırladır… Yəni arzuya bax, ay Qüdrət… Amma arzular şirin olsa da, reallıq tamamilə başqadır… Mənə elə gəlir ki, Qüdrət bəyin... The post Qüdrətin “Quran azərbaycanca oxunsun” arzusu…

## [Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib](https://tacxeber.az/2026/08/25/kocaryan-prezident-olark%c9%99n-dovl%c9%99t%c9%99-m%c9%99xsus-qiym%c9%99tli-%c9%99mlaklari-bazar-qiym%c9%99tind%c9%99n-xeyli-asagi-qiym%c9%99t%c9%99-ozunkul%c9%99sdirib/)

_2026-08-25 · admin · Tac xəbər_

Armenpress-in məlumatına görə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində aparılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb. İddiaya görə, Koçaryan prezident vəzifəsindən istifadə edərək müxtəlif sxemlər vasitəsilə dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib. Koçaryan və onun oğlu Sedrak bu iş…

## [Ermənistanda keçmiş prezident Robert Köçəryan və oğlu saxlanılıb](https://tacxeber.az/2026/08/25/erm%c9%99nistanda-kecmis-prezident-robert-koc%c9%99ryan-v%c9%99-oglu-saxlanilib/)

_2026-08-25 · admin · Tac xəbər_

Ermənistanın keçmiş prezident Robert Köçəryan və oğlu Sedrak saxlanılıblar. Keçmiş prezident Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Səhər tezdən təhlükəsizlik qüvvələri onun digər oğlu, müxalifətçi millət vəkili Levon Köçəryanın evində də axtarış aparıblar. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi işin korrupsiya ilə əlaqəli olduğunu bildirib. Köçəryanın ofisi hadisəni hökumətin növbəti hücumu…

## [Günün əsas xəbərləri](https://tacxeber.az/2026/08/25/gunun-%c9%99sas-x%c9%99b%c9%99rl%c9%99ri/)

_2026-08-25 · admin · Tac xəbər_

Rusiya gecə ərzində Dnepr, Zaporojye, Xarkov, Kiyev və Çerniqov bölgəsinə hücum edib. Menada dördü uşaq olmaqla on üç nəfər yaralanıb, Xarkovda bir nəfər, Zaporojyedə isə iki nəfər ölüb. Dneprdə şəhərin ən böyük ticarət mərkəzlərindən birinə ziyan dəyib. Krasnodar diyarındakı Afipski Neft Emalı Zavoduna dronlar hücum edib. Zərbələrdən sonra zavodun yaxınlığında... The post Günün əsas xəbərləri…

## [Makron Rusiyanın neft, qaz və dizel yanacağına çıxışını kəsmək istəyir](https://tacxeber.az/2026/08/25/makron-rusiyanin-neft-qaz-v%c9%99-dizel-yanacagina-cixisini-k%c9%99sm%c9%99k-ist%c9%99yir/)

_2026-08-25 · redaktor · Tac xəbər_

UNN-in məlumatına görə, Fransa prezidenti Emmanuel Makron müttəfiqlərinə Rusiya yanacaq idxalını dayandırmaq üçün sanksiyalar tətbiq etməyi təklif edib. O, bu açıqlamanı “Könüllülər Koalisiyası”nın iclasında verib. “Son şərhim budur ki, biz Rusiyaya qarşı bir neçə sanksiya tətbiq etmişik və bir neçə həftə əvvəl xanım Ursula (fon der Leyen, Avropa Komissiyasının prezidenti)... The post Makron…

## [Kral Abdullah haradadır?](https://tacxeber.az/2026/08/25/kral-abdullah-haradadir/)

_2026-08-25 · redaktor · Tac xəbər_

İran fevral ayından bəri İordaniyaya qarşı 50 ilin ən böyük xarici hücumunda Haşimilər Krallığına yüzlərlə ballistik raket və dron atıb. 17 iyulda hücum nəticəsində itkilər olub: İranın Əzraqdakı Müvəffəq Salti Hava Bazasına endirdiyi zərbə üç amerikalı hərbçinin ölümünə səbəb olub. Kral II Abdullah hücumla bağlı açıqlama verməyib və onların ölümü... The post Kral Abdullah haradadır? appeared…

## [Licensed Dispensaries, Pay with Crypto (Sponsored)](https://crawlproof.com/a/mNjsh1KD8ydI)

_2026-08-25 · **Sponsored**_

Search verified licensed dispensaries and pay with Bitcoin, Lightning, or stablecoins.

## [Bakıya yatırılan 200 milyard dollar&#8230;](https://tacxeber.az/2026/08/22/bakiya-yatirilan-200-milyard-dollar/)

_2026-08-22 · redaktor · Tac xəbər_

Bakı şəhərinin icra başçısı Eldar Əzizov deyib ki, son 20 ildə paytaxta 200 milyard dollardan çox sərmayə yatırılıb. Əlbəttə, bu müddətdə Bakıda və Abşeron yarımadasında nəqliyyat, yol-infrastrukturu və kommunal sahələrdə miqyaslı dəyişikliklər və nəhəng layihələr həyata keçirilib. Əsas infrastruktur tədbirlərini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar: 1. Son iki ongillikdə Bakı... The…

## [&#8220;Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb&#8221;](https://tacxeber.az/2026/08/22/son-20-ild%c9%99-bakiya-200-milyard-dollardan-cox-investisiya-yatirilib/)

_2026-08-22 · redaktor · Tac xəbər_

“Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib. “Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”, –... The post “Son 20 ildə Bakıya 200…

## [Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb](https://tacxeber.az/2026/08/22/az%c9%99rbaycan-v%c9%99t%c9%99ndasi-kamcatkada-kom%c9%99ksiz-v%c9%99ziyy%c9%99td%c9%99-qalib/)

_2026-08-22 · redaktor · Tac xəbər_

Azərbaycan vətəndaşı, səyyah Tatyana Dolivets Rusiyanın Kamçatka bölgəsində bir qrup turistlə birlikdə köməksiz vəziyyətdə qalıb. Səyyahın özünün sosial media hesabından yaydığı məlumata görə, turistlər Tanqivaşka çayı yaxınlığındakı Kleşnya dayanacağında təcrid olunublar. Bildirilib ki, güclü sel nəticəsində yolun 30 kilometrlik geri dönüş hissəsi yuyulub, çay məcrasından çıxıb və ərazidən geri…

## [Medvedev müharibəni tərk edən və əleyhinə çıxış edən rusları &#8220;xainlər&#8221; və &#8220;əclaflar&#8221; adlandırdı](https://tacxeber.az/2026/08/22/medvedev-muharib%c9%99ni-t%c9%99rk-ed%c9%99n-v%c9%99-%c9%99leyhin%c9%99-cixis-ed%c9%99n-ruslari-xainl%c9%99r-v%c9%99-%c9%99claflar-adlandirdi/)

_2026-08-22 · redaktor · Tac xəbər_

Partiya qurultayında çıxış edən Vahid Rusiya partiyasının sədri Dmitri Medvedev gedən rusları və müharibəyə qarşı çıxanları “xainlər” və “əclaflar” adlandırıb. “Biz ümummilli təhsil layihəsi olan “Rusiyanı ləğv etmək olmaz” layihəsini həyata keçiririk. Axı, hazırda sadəcə mövcud olmadığımızı iddia etmək üçün o qədər çox cəhd var ki, Rusiya yox olmalı olan... The post Medvedev müharibəni tərk edən…

## [Pol Pot &#8211; XX əsrin ən qanlı diktatorlarından biri və ya birincisi](https://tacxeber.az/2026/08/22/pol-pot-xx-%c9%99srin-%c9%99n-qanli-diktatorlarindan-biri-v%c9%99-ya-birincisi/)

_2026-08-22 · admin · Tac xəbər_

Əsl adı Salot Sar olan siyasətçi 1925-ci ildə varlı kəndli ailəsində anadan olub. Vətəni Kamboca o zaman Fransa protektoratı idi. O, 1949-cu ildə hökumət təqaüdü hesabına Fransada ali təhsil almağa yollanır. Məhz burada kommunist ideologiyası ilə tanış olur və mənimsəyir. 1952-ci ildə imtahanlardan keçə bilmədiyindən təqaüdü itirir və Kambocaya qayıdır.... The post Pol Pot – XX əsrin ən qanlı…

## [AFFA-da rəhbərlik dəyişir?](https://www.qafqazinfo.az/news/detail/affa-da-rehberlik-deyisir-isden-azad-olunanlar-var-518884)

_2026-08-22 · Qafqazinfo.az - Azərbaycan və dünya xəbərləri_

## [Trampın uydurma telefon diplomatiyası](https://tacxeber.az/2026/08/22/trampin-uydurma-telefon-diplomatiyasi/)

_2026-08-22 · redaktor · Tac xəbər_

17 avqustda Tramp Oval ofisdə jurnalistin sualına cavabında dedi ki, “dostu” Kim Çen In ona zəng edib: https://www.facebook.com/share/v/14qoqeoJsxo/ Tramp İranla, Çinlə, Rusiya, hətta Kanada ilə danışıqlarda fiaskoya uğrayıb. Seçkiqabağı Kimlə görüşmək istəyir ki, heç olmasa bundan şou düzəldib, reytinqini yüksəltsin. 21 avqustda məlum oldu ki, Trampın Kim ilə görüşmək təklifinə... The post…

## [Bu saatın ən vacib xəbərləri:](https://tacxeber.az/2026/08/22/bu-saatin-%c9%99n-vacib-x%c9%99b%c9%99rl%c9%99ri-3/)

_2026-08-22 · admin · Tac xəbər_

Nəhayət ki, xeyirxah dronlar Ozonu vurdu – Samara bölgəsindəki logistika mərkəzi yanır. Bu, Volqa bölgəsindəki ən böyük mərkəzdir. Dronlar həmçinin Novokuibışevskdə uzun müddətdir əzab çəkən, başı bəlalı neft emalı zavoduna hücum edib. Dronlar Rusiyanın Krasnodar bölgəsindəki Yeysk limanına zərbə endirib. . Konqo Demokratik Respublikasında Ebola epidemiyası ölkə tarixində ən ölümcül... The post Bu…

## [Rusiyada buğda ixracı son 16 ilin ən aşağı səviyyəsinə düşüb.](https://tacxeber.az/2026/08/22/rusiyada-bugda-ixraci-son-16-ilin-%c9%99n-asagi-s%c9%99viyy%c9%99sin%c9%99-dusub/)

_2026-08-22 · admin · Tac xəbər_

Qara dəniz və Azov dənizi limanlarının bağlanması səbəbindən Rusiya avqust ayında yalnız 2,2 milyon ton buğda ixrac edə bilib. Bu, bir il əvvəl ixrac edilən miqdarın yarısıdır. Novorossiysk və Tamandakı əsas taxıl terminalları dron hücumlarından sonra bağlanıb. Yalnız Tuapse fəaliyyət göstərir, lakin onun tutumu kifayət deyil. Bolluq səbəbindən, yerli bazarlarda... The post Rusiyada buğda ixracı…

## [N. Paşinyan: Kərki Ermənistan ərazisi deyil](https://tacxeber.az/2026/08/22/n-pacinyan-k%c9%99rki-erm%c9%99nistan-%c9%99razisi-deyil/)

_2026-08-22 · admin · Tac xəbər_

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də keçirilən mətbuat konfransında ermənilərin Tiqranşen dediyi kəndi Azərbaycan dilində olduğu kimi Kərki adlandırıb. O, sərhədlərin delimitasiyası və Azərbaycanla Ermənistan ərazilərindəki anklavlarla bağlı danışarkən deyib ki: “Artsvaşen Ermənistan ərazisidir, Kərki Ermənistan ərazisi deyil, Barxudarlı Ermənistan ərazisi deyil, Yuxarı Əskipara…

## [Fast, secure international transfers (Sponsored)](https://crawlproof.com/a/Fr05a2wXAQOf)

_2026-08-22 · **Sponsored**_

Bank transfer, cash pickup, mobile wallet — low fees and real-time tracking

## [Trampın İrana qarşı “ECONOMIC D-DAY”ı](https://tacxeber.az/2026/08/22/trampin-irana-qarsi-economic-d-dayi/)

_2026-08-22 · redaktor · Tac xəbər_

ABŞ Prezidenti Donald Trampın İrana qarşı iqtisadi müharibə (ECONOMIC D-DAY) elanından bir gün sonra İran Prezidenti media orqanlarının qarşısına çıxıb ölkəsinin iqtisadi cəhətdən ciddi sıxıntılar keçirdiyini etiraf etdi. Avqust ayının başlanğıcından bu yana beynəlxalq media orqanlarında dərc olunan məqalələr isə əslində İrana qarşı “ECONOMIC D-DAY” prosesinin çoxdan başladığını göstərir.…

## [Rusiya Ukraynada soyqrım həyata keçirir, dünya susur](https://tacxeber.az/2026/08/22/rusiya-ukraynada-soyqrim-h%c9%99yata-kecirir-dunya-susur/)

_2026-08-22 · redaktor · Tac xəbər_

Son günlərdə Ukraynada mülki əhaliyə qarşı törədilən qanlı hücumların xronologiyası – İnsanlar necə hədəf alınır? Ukraynada son həftələr müharibənin başlanğıcından bəri mülki şəxslər üçün ən ölümcül dövrlərdən biri kimi yadda qalır. İşğalçı Rusiya qüvvələrinin yaşayış məntəqələrinə, ticarət mərkəzlərinə və mülki infrastruktura endirdiyi kütləvi zərbələr onlarla dinc sakinin həyatına son qoyub....…

## [Pensiya yaşını yox, pensiyaları müzakirə etməliyik](https://tacxeber.az/2026/08/22/pensiya-yasini-yox-pensiyalari-muzakir%c9%99-etm%c9%99liyik/)

_2026-08-22 · redaktor · Tac xəbər_

Məmləkətdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş (pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım) həyata keçirir – yəni, ildə 11 mlrd. manata yaxın ödəniş olur. Ölkədə rəsmi muzdla çalışanların təxminən 860 min nəfəri dövlət (büdcə) sektorunda... The post Pensiya yaşını yox, pensiyaları müzakirə…

## [Pentaqonun İran statistikası suallar yaradır](https://tacxeber.az/2026/08/22/pentaqonun-iran-statistikasi-suallar-yaradir/)

_2026-08-22 · redaktor · Tac xəbər_

Pentaqonun İran müharibəsi ilə bağlı avqust ayına olan ən son rəsmi hesabatda canlı itkiləri barədə aşağıdakı göstəriciləri açıqlayıb: Ölü sayı – 18 hərbçi; Yaralananlar – 757 hərbçi. 40 günlük müharibənin sonunda eyni göstəricilər aşağıdakı kimi idi: Ölü sayı – 13 hərbçi; Yaralananlar – 381 hərbçi. Pentaqonun məlumatlarının itkilərin həqiqi sayını... The post Pentaqonun İran statistikası suallar…

## [Qara dənizdə 10 Azərbaycan vətəndaşını daşıyan gəmiyə dron hücumu edilib](https://tacxeber.az/2026/08/21/qara-d%c9%99nizd%c9%99-10-az%c9%99rbaycan-v%c9%99t%c9%99ndasini-dasiyan-g%c9%99miy%c9%99-dron-hucumu-edilib/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Türkiyə şirkəti tərəfindən idarə olunan Volgo Balt 226 gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb. Gəmidə olan 10 Azərbaycan və bir Gürcüstan vətəndaşından heç biri xəsarət almayıb. Maritime Voice xəbər verir ki, yük gəmisi Türkiyənin Trabzon limanına gedir. Hücum nəticəsində kapitanın körpüsünə və yaşayış binasına ciddi ziyan dəyib. Azov Gəmiçiliyinə... The post Qara dənizdə 10 Azərbaycan…

## [Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir](https://tacxeber.az/2026/08/21/az%c9%99rbaycan-bu-movsum-avropada-q%c9%99l%c9%99b%c9%99-sayina-gor%c9%99-liderdir/)

_2026-08-21 · admin · Tac xəbər_

Azərbaycan klubları 2026/27 mövsümündə UEFA turnirlərinin təsnifat mərhələlərində qələbə sayına görə Avropada birinci yeri bölüşür. “Football Meets Data”nın statistikasına əsasən, Azərbaycan təmsilçiləri indiyədək avrokuboklarda ümumilikdə 12 qələbə qazanıblar. Bu göstərici ilə Azərbaycan Danimarka və Latviya ilə birlikdə Avropada liderdir. Siyahıda Xorvatiya, Avstriya, İsrail və Polşa klubları 11…

## [Türk Dövlətləri Təşkilatı (TDT) məkanında ticarət, iqtisadi əlaqələr dinamikasi necə dəyişir?](https://tacxeber.az/2026/08/21/turk-dovl%c9%99tl%c9%99ri-t%c9%99skilati-tdt-m%c9%99kaninda-ticar%c9%99t-iqtisadi-%c9%99laq%c9%99l%c9%99r-dinamikasi-nec%c9%99-d%c9%99yisir/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Son illər Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qurulan nəqliyyat və iqtisadi dəhlizlər Türk dünyasının xəritəsini yenidən formalaşdırır. Bu mənzərədə Azərbaycanın region ölkələri ilə iqtisadi və logistik tərəfdaşlığının mövcud göstəriciləri diqqətçəkən dinamika ortaya qoyur: Türkiyə illik 6-7 milyard dollar ticarət həcmi ilə Azərbaycanın əsas tərəfdaşıdır. Məqsəd bu rəqəmi 15 milyard... The…

## [Yəqin ki, ona Azərbaycan tarixinin ən xəyanətkar qadını desək, yanılmarıq](https://tacxeber.az/2026/08/21/y%c9%99qin-ki-ona-az%c9%99rbaycan-tarixinin-%c9%99n-x%c9%99yan%c9%99tkar-qadini-des%c9%99k-yanilmariq/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Bəli, o, Azərbaycana xəyanət, xalqına zülm edən, ancaq buna baxmayaraq, ad-sanı yaşadılan Ayna Sultanovadır. O Ayna Sultanova ki, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, yəni naziri, “Şərq Qadını” jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur. Sovet rejiminin böyük dövlət xadiminə çevirdiyi bu xəyanətkar... The post Yəqin ki,…

## [Talibanın hakimiyyətdə 5 ili: Qələbədən təcridə gedən yol](https://tacxeber.az/2026/08/21/talibanin-hakimiyy%c9%99td%c9%99-5-ili-q%c9%99l%c9%99b%c9%99d%c9%99n-t%c9%99crid%c9%99-ged%c9%99n-yol/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Taliban hakimiyyətə gəlişinin 5 ilini qeyd edib. ABŞ qüvvələri “Əl-Kaida” terror təşkilatıyla mübarizə adı altında Əfqanıstana müdaxilə edəndə qısa zamanda Taliban hərəkatı üzərində qələbə qazandı. ABŞ hərbçilərinin Talibana qarşı müxalif mövqedə olan Şimal Kolaisiyasıyla birgə başlatdığı əməliyyat paytaxt Kabilin ələ keçirilməsiylə tamamlandı. ABŞ hərbçiləri sonrakı müddətdə Əfqanıstanın digər…

## [Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi](https://tacxeber.az/2026/08/21/138374/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Dəyərli və istedadlı jurnalist həmyerlimiz Orxan Camalın faciəli qətlindən 8 ili ötdü. Kremlin əli görünən, daha iki dostu jurnalistlə birlikdə qətl hadisəsini araşdırma yazımı bir daha paylaşım. ORXAN CAMALIN QƏTLİ, FACİƏSİ. (Uzaq Afrikadakı faciədə Kreml izi). (Təhqiqatın təsviri hissəsi, 1-ci yazı). Vətən oğlumuz, məşhur jurnalist, araşdırmaçı, Rusiyada yaşayan Orxan Camalın,... The post Orxan…

## [Ruslan İzzətli və Əli Zeynalın içməli su tələbinə görə “kars”a salındıqları bildirilir](https://tacxeber.az/2026/08/21/ruslan-izz%c9%99tli-v%c9%99-eli-zeynalin-icm%c9%99li-su-t%c9%99l%c9%99bin%c9%99-gor%c9%99-karsa-salindiqlari-bildirilir/)

_2026-08-21 · admin · Tac xəbər_

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynalın Umbakı Penitensiar Kompleksində içməli su probleminə etiraz etdiyinə görə cərimə kamerasına (“kars”) salındıqları bildirilir. Bu barədə avqustun 19-da Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı sosial media hesabında məlumat yayıb.... The…

## [“Qarabağ”ın avrokubok matçındakı qadın hakim &#8211; Emanuela Rusta kimdir?](https://tacxeber.az/2026/08/21/qarabagin-avrokubok-matcindaki-qadin-hakim-emanuela-rusta-kimdir/)

_2026-08-21 · admin · Tac xəbər_

Dünən UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Tvente” – “Qarabağ” matçının (0:1) hakimlər briqadasında qadın hakim də yer alıb. Söhbət albaniyalı Emanuela Rustadan gedir. 32 yaşlı hakim qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirib. Görüşün baş hakimi isə onun həmyerlisi Juxhin Xhaja olub. 1993-cü il dekabrın 18-də Albaniyanın Elbasan şəhərində anadan... The post “Qarabağ”ın…

## [Avropa Zelenskiyə kömək əlini uzadır&#8230;](https://tacxeber.az/2026/08/21/avropa-zelenskiy%c9%99-kom%c9%99k-%c9%99lini-uzadir/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Nəhayət, Ukraynadan qaçmaqla müharibədən canını qurtarmış ukrainlərə də növbə çatdı. İnsan hüquqları, sığınacaq təminatı yaddan çıxdı: ukrainlər ona görə qorunurdular ki, vaxtı gələndə onları da Rusiya ilə müharibəyə göndərsinlər – qoyunlar bəslənən kimi. Sən demə, Aİ Şurası avqustun əvvəlində müvafiq qərar qəbul edibmiş. Bu haqda Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus... The post Avropa…

## [Tramp Zelenskini rədd etdi](https://tacxeber.az/2026/08/21/tramp-zelenskini-r%c9%99dd-etdi/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Financial Times (FT) qəzetinin məlumatına görə, Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Starlink sistemi ilə təchiz olunmuş dronlardan istifadə etmək üçün icazə istəyir, lakin ABŞ prezidenti Donald Tramp bu ideyanı rədd edib. Məqaləyə görə, bunun üçün SpaceX-in sahibi olan və Ukrayna və peyk internetindən istifadə ilə bağlı mövqeyi dəfələrlə dəyişmiş... The post Tramp Zelenskini…

## [Qurban Qurbanov yenə “Milli Qəhrəman” oldu](https://tacxeber.az/2026/08/21/qurban-qurbanov-yen%c9%99-milli-q%c9%99hr%c9%99man-oldu/)

_2026-08-21 · redaktor · Tac xəbər_

“Qarabağ” Avropada növbəti qələbəsini qazandı və köhnə virus yenidən yayıldı. Qurban Qurbanov dahidir! Qurban Qurbanov əvəzolunmazdır! Qurban Qurbanov Azərbaycan futbolunun xilaskarıdır! Bir məğlubiyyət gözləyin… Elə həmin adamların bir hissəsi yazacaq: Qurban Qurbanov getməlidir! Komandanı məhv etdi! Futboldan başı çıxmır! Mənim başa düşmədiyim budur: Qurban Qurbanov bir oyunun içində nə dahi...…

## [“Türkiyə İran deyil”: Barak Netanyahunu tənqid atəşinə tutub](https://tacxeber.az/2026/08/21/turkiy%c9%99-iran-deyil-barak-netanyahunu-t%c9%99nqid-at%c9%99sin%c9%99-tutub/)

_2026-08-21 · redaktor · Tac xəbər_

İsrailin keçmiş baş naziri Ehud Barak İsrail ilə Türkiyə arasında münasibətlərin pisləşməsi fonunda hazırkı baş nazir Binyamin Netanyahunu sərt tənqid edib. Barak sosial mediada yazıb: “Bütün detallar müzakirə edilə bilməz. Lakin Netanyahunun Türkiyə ilə gərginliyi qəsdən artırması məsuliyyətsiz və axmaqcasınadır. Türkiyə İran və ya \[Bəşər\] Əsədin Suriyası deyil. Türkiyə ilə... The post “Türkiyə…

## [İrandan sonra “ikinci İran” olmaq avantürası](https://tacxeber.az/2026/08/21/irandan-sonra-ikinci-iran-olmaq-avanturasi/)

_2026-08-21 · redaktor · Tac xəbər_

Prezident Donald Tramp İranın iqtisadi əlaqələrini tamamilə kəsmək üçün elan etdiyi tədbirləri “iqtisadi D günü” adlandırıb. “D günü” İkinci Dünya Müharibəsi zamanı Almaniyaya qarşı ikinci cəbhənin açıldığı, 6 iyun 1944-cü ildə müttəfiq qoşunların Normandiyaya çıxdığı günü ehtiva edir. Bütövlükdə isə “D günü” ilə hansısa məxfi əməliyyatın başladığının işarəsi olaraq qəbul... The post İrandan sonra…

## [Sən görən dünyadı, Cavid Əfəndi&#8230;](https://tacxeber.az/2026/08/21/s%c9%99n-gor%c9%99n-dunyadi-cavid-ef%c9%99ndi/)

_2026-08-20 · redaktor · Tac xəbər_

Sumqayıt Dövlət Teatrının aktyoru İzammədin Bağırovun Hüseyn Cavidə yazdığı şeir Cavid Əfəndi Sən görən dünyadı, Cavid Əfəndi, Heç nə dəyişməyib köhnə dünyada. Şeytanın qurduğu bu tamaşada, Özü baş roldadı səhnə dünyada. İblislər dünyanı basıb bürüyüb, Pul adlı bir şeytan əzir insanı. Fironun sümüyü bəlkə çürüyüb, Hələ ruhu gəzir insanı. Dəvə... The post Sən görən dünyadı, Cavid Əfəndi… appeared…

## [Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?](https://tacxeber.az/2026/08/20/orqanizmin-b%c9%99rpasi-ucun-nec%c9%99-gun-dinc%c9%99lm%c9%99liyik-2/)

_2026-08-20 · redaktor · Tac xəbər_

Ümumiyyətlə, dincəlmək nədir? Tam bərpa olmaq üçün üç həftəlik məzuniyyət götürmək lazımdır. Tacxeber.com xəbər verir ki, bunu terapevt Ancelina Surina “Moskva 24”ə deyib. Onun fikrincə, ilk yeddi gün ümumiyyətlə yalnız tətilə uyğunlaşmağa sərf olunur. “Bu müddət ərzində insanların çoxu telefona baxmağa davam edir və özünü rahat hiss etmir. Lakin tətilin... The post Orqanizmin bərpası üçün neçə…

## [&#8220;Qarabağ hərəkatının məntiqi yoxdur&#8221;: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi](https://tacxeber.az/2026/08/20/qarabag-h%c9%99r%c9%99katinin-m%c9%99ntiqi-yoxdur-pasinyan-erm%c9%99nistan-hokum%c9%99tinin-yeni-proqramini-t%c9%99qdim-etdi/)

_2026-08-20 · redaktor · Tac xəbər_

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin 2026-2031-ci illər üçün yeni proqramında “Qarabağ hərəkatı”nın məntiqinin olmadığını bildirib. O, bunu hökumətin iclasında kabinetin proqramını təqdim edərkən bildirib. Paşinyanın sözlərinə görə, demək olar ki, bütün orta və yaşlı erməni siyasi xadimləri, eləcə də gənc nəslin bir çox nümayəndələri, o cümlədən hökumət rəsmiləri “Qarabağ... The post…

