# bu gün (news sources) — RSS Amplifier

Recent posts from the 1 feeds in the RSS Amplifier directory that cover bu gün.

Page: <https://rssamplifier.com/topics/bu-g%C3%BCn/news>  
Feed: <https://rssamplifier.com/topics/bu-g%C3%BCn/news.md>

---

## [Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub](https://parlamentinsesi.az/hadise/18535-erdoganla-tokayev-arasinda-telefon-danishigi-bash-tutub.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb. Ərdoğan görüş zamanı 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak…

## [Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb](https://parlamentinsesi.az/gundem/18534-haaqada-bosniya-qessabi-ratko-mladich-olub.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb. Bu barədə Serbiya mediası məlumat yayıb. Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib. Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı olub. Keçmiş Yuqoslaviya…

## [Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib](https://parlamentinsesi.az/gundem/18533-resmi-baki-azerbaycanin-rusiyadaki-sefirliyinin-qonaq-evi-qarshisindaki-texribati-pisleyib.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Xarici İşlər Nazirliyi (XİN) 27 avqust tarixində günorta radələrində Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyib. Bu barədə Azərbaycan XİN-in məlumatında qeyd edilib. Bildirilib ki, bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə…

## ["Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM](https://parlamentinsesi.az/gundem/18532-sabah-futbol-klubuna-5-milyon-manat-ayrilib-serencam.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, "Sabah" avqustun 25-də UEFA Çempionlar Liqasının…

## [Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək](https://parlamentinsesi.az/gundem/18531-sabah-sabirabadin-10-kendinde-qaz-kesilecek.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney…

## [Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var](https://parlamentinsesi.az/dunya/18530-rusiya-ordusu-xarkovda-ticaret-merkezini-dronla-vurub-1-nefer-olub-4-yarali-var.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Rusiya ordusu Xarkovda ticarət mərkəzinə dron zərbəsi endirib. “Ukrainskaya Pravda“nın xəbərinə görə, hadisə nəticəsində 40 yaşlı kişi ölüb. Daha 4 nəfərin xəsarət aldığı bildirilir.

## [Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir](https://parlamentinsesi.az/gundem/18529-meleyke-abbaszade-oten-ilin-kechid-bali-builki-kechid-balinin-gostericisi-kimi-qebul-edilmemelidir.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

“İxtisas seçimi öncəsi dəfələrlə qeyd edirdik ki, ötən ilin keçid balı builki keçid balının göstəricisi və ya təminatı kimi qəbul edilməməlidir. Keçid balı əvvəlcədən müəyyən edilmir. O, konkret ildə həmin ixtisasa neçə nəfərin, hansı nəticələrlə müraciət etməsindən və neçə plan yerinin olmasından asılı olaraq müsabiqənin sonunda formalaşır”. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə…

## [Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI](https://parlamentinsesi.az/gundem/18528-mektebli-geyimlerinin-builki-qiymetleri-ve-satish-unvanlari-melum-olub-syah.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib. “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bildirib ki, bu il jaketlərin qiyməti də 30 manatdan 20–22 manata endirilib. Qeyd edilib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir. O vurğulayıb ki, köynək və polo…

## [Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib](https://parlamentinsesi.az/gundem/18527-shavkat-mirziyoyev-850-den-chox-mehkumu-efv-edib.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib. Bu barədə Özbəkistan mediası məlumat yayıb. Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb. Əfv olunanların 7-si əcnəbi; 49-u…

## [İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik](https://parlamentinsesi.az/gundem/18526-lham-eliyev-maya-sanduya-emekdashligimizi-bundan-sonra-da-ardicil-shekilde-davam-etdireceyik.html)

_2026-08-27 · ilkin · ParlamentinSesi.Az_

Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və…

## [Retro Grid Dungeon Crawler (Sponsored)](https://crawlproof.com/a/aDvdmzFKwzGI)

_2026-08-27 · **Sponsored**_

Retro grid movement with first-person combat, loot and skill-tree progression.

## ["Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb](https://parlamentinsesi.az/dunya/18507-tasnim-asim-munir-danishiqlar-uchun-imkanlarin-genishlendirilmesine-chalishib.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

İranın mövqeyi Pakistan tərəfinə açıq şəkildə çatdırılıb. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Tasnim” mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, bəzi KİV-lərin yaydığı məlumatların əksinə olaraq, Pakistan ordusunun komandanı feldmarşal Asim Munir İrana ABŞ tərəfindən hər hansı təhdid və ya buna bənzər mesaj gətirməyib. Bildirilib ki, Asim Munirin səfərinin məqsədi…

## [İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb](https://parlamentinsesi.az/dunya/18506-ran-hormuz-bogazi-ile-bagli-shertlerini-achiqlayib.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

İranın Hörmüz boğazı ilə bağlı mövqe və şərtləri vasitəçi kimi Pakistana elan edilib. Bunu məlumatlı mənbə "Təsnim"ə açıqlayıb. "Ötən gün İrana səfər edən Pakistan ordusunun (Quru Qoşunların komandanı) komandanı Asim Munir Amerika tərəfindən təhdid və ya buna bənzər mesaj gətirməyib, əksinə o, danışıqlar mühitini açmaq istəyir", - mənbə bildirib. O əlavə edib ki, Munirlə keçirilən görüşlərdə…

## [Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır](https://parlamentinsesi.az/gundem/18505-ozbek-shirketleri-baki-sergilerinde-fealligini-artirir.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha təsdiqləyir. Səfər çərçivəsində…

## [Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ](https://parlamentinsesi.az/gundem/18504-sabah-baki-ve-bezi-bolgelerde-guclu-kulek-esecek-xeberdarlq.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam,…

## [Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir](https://parlamentinsesi.az/gundem/18503-denizkenari-bulvar-daresi-qsc-ye-chevrilir.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

"Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi eyni adlı QSC-yə çevrilib. Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, səhmdar cəmiyyəti Bakıdakı Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi üzrə fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.…

## [Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM](https://parlamentinsesi.az/gundem/18502-formula-1-yarishi-ile-elaqedar-azerbaycan-viza-prosedurunu-sadeleshdirir-serencam.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Formula 1 yarışının keçirilməsi ilə əlaqədar viza prosedurunun sadələşdirilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən yarışa gələn şəxslər müvafiq sənədi təqdim etdikdən sonra 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Viza üçün təqdim…

## [Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ](https://parlamentinsesi.az/gundem/18501-novbeti-3-gun-erzinde-temperatur-8-derece-enecek-xeberdarlq.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel…

## [Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib](https://parlamentinsesi.az/gundem/18500-lachinda-azerbaycan-ermenistan-enerji-emekdashligi-uzre-gorush-kechirilib.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin…

## [Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu](https://parlamentinsesi.az/medeniyyet/18499-shukufe-yusupova-yeni-klinikaya-texliye-olundu.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni…

## [Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı](https://parlamentinsesi.az/gundem/18498-kocharyanla-sarkisyana-cinayet-ishi-achildi-her-ikisi-istintaqa-aparildi.html)

_2026-08-25 · lennon · ParlamentinSesi.Az_

Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti - Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, cinayət işi avqustun 24-də başlanıb. İş üzrə ittihamlar yalnız keçmiş prezidentlərlə məhdudlaşmır. İttiham olunan şəxslər arasında Robert Köçəryanın böyük…

## [Trade Bitcoin & Ethereum (Sponsored)](https://crawlproof.com/a/b1135EjRY322)

_2026-08-25 · **Sponsored**_

Buy, sell and margin trade BTC & ETH with fiat currencies

## [Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"](https://parlamentinsesi.az/gundem/18478-mikayil-cabbarov-socar-ozbekistanin-perakende-ticaret-bazarina-daxil-olur.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu zamanı bildirib. Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor…

## [Türkiyədə helikopter qəzaya uğrayıb](https://parlamentinsesi.az/gundem/18477-turkiyede-helikopter-qezaya-ugrayib.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopter qəzaya uğrayıb. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Helikopterin qəzaya uğrama səbəbi hələlik məlum deyil.

## [Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib](https://parlamentinsesi.az/dunya/18476-rusiya-ordusu-borispol-bolgesine-raket-zerbeleri-endirib.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Kiyev regionunun Borispol bölgəsində partlayış səsləri eşidilib. Bu barədə Ukrayna mediası Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayıb. Borispol bölgəsinə təxminən 7 raketin atıldığı bildirilir. Raketlərin dəqiq hədəfi və nəticələr barədə məlumat yoxdur.

## [Azərbaycan nefti cüzi bahalaşıb](https://parlamentinsesi.az/gundem/18475-azerbaycan-nefti-cuzi-bahalashib.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,44 ABŞ dolları və ya 0,45 % artaraq 97,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 94,43 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir…

## [Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir](https://parlamentinsesi.az/gundem/18474-emekdar-jurnalist-nurani-ile-vida-merasimi-kechirilir.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir. Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir. Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Nurani…

## [Bazar günü 40 dərəcə isti olacaq](https://parlamentinsesi.az/gundem/18473-bazar-gunu-40-derece-isti-olacaq.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava…

## [Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb](https://parlamentinsesi.az/gundem/18472-rusiyadan-ermenistana-bugda-ve-propan-dashiyan-yuk-qatari-bileceriden-yola-dushub.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. Tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan…

## [Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib](https://parlamentinsesi.az/dunya/18471-rusiya-kiyevde-demir-yoluna-ballistik-zerbe-endirib.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə "Ukrzaliznitsya"nın əməkdaşı həlak olub. Bu barədə "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski "Facebook"da bildirib. Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib. "Bir işçi - briqadir hadisə yerində həlak olub, digərlərini ilk…

## [Xəzər dənizində zəlzələ olub](https://parlamentinsesi.az/gundem/18470-xezer-denizinde-zelzele-olub.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Təkanların dərinliyi 63 km, maqnitudası 3,3 olub.

## [Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir](https://parlamentinsesi.az/idman/18469-azerbaycan-premyer-liqasi-tura-bu-gun-start-verilir.html)

_2026-08-22 · lennon · ParlamentinSesi.Az_

Misli Premyer Liqasının II turuna bu gün start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Qəbələ" evdə "Şəfa" ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək qarşılşamanı İnqilab Məmmədov idarə edəcək. Günün son matçında "Zirə" doğma arenada "İmişli"ni qəbul edəcək. Əli Əliyevin baş hakim olacağı görüş saat 20:45-də başlayacaq. Misli Premyer Liqası I dövrə, I tur 22 avqust…

## [Follow Releases, Get Reminders (Sponsored)](https://crawlproof.com/a/JW4eGZ8BmSOG)

_2026-08-22 · **Sponsored**_

Follow a genre or a name and receive reminders on release day — free.

## [Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb](https://parlamentinsesi.az/gundem/18468-xocavendde-traktor-minaya-dushub-surucu-xesaret-alib.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqust 21-də mina partlayışı hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb.…

## [Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək](https://parlamentinsesi.az/gundem/18467-mecnun-memmedov-qobustanda-vetendashlari-qebul-edecek.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Avqustun 28-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (051-280-85-15) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula…

## [Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH](https://parlamentinsesi.az/gundem/18466-pashinyanin-dorduncu-respublikasi-ermenistanin-geleceyi-baki-ve-ankara-ile-baglidir-sherh.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Ermənistanda bu ilin iyununda keçirilən parlament seçkilərində qalib olduqdan sonra Baş nazir Nikol Paşinyan yeni mərhələyə keçmək üçün kifayət qədər geniş imkan əldə etdi. Hakim "Vətəndaş müqaviləsi" partiyası qələbəni Paşinyanın son illərdə irəli sürdüyü siyasi xəttə verilən mandat kimi qəbul etdi. Seçki kampaniyasında Azərbaycanla sülh, hökumətin xarici siyasətində çoxvektorlu istiqamətin…

## [İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib](https://parlamentinsesi.az/gundem/18465-lham-eliyev-azerbaycanla-turkmenistan-arasinda-iqtisadi-emekdashliq-sazishini-tesdiqleyib.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında saziş təsdiqlənib. Prezident İlham Əliyev sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili…

## [İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib](https://parlamentinsesi.az/gundem/18464-lham-eliyev-ozbekistanin-milli-nformasiya-agentliyine-musahibe-verib.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib. Prezidentin sözlərinə görə, Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər "C5" adlanan əməkdaşlıq…

## [Sabah Azərbaycanda 40 dərəcə isti olacaq](https://parlamentinsesi.az/gundem/18463-sabah-azerbaycanda-40-derece-isti-olacaq.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75…

## [Avqust ayının pensiya ödənişləri yekunlaşıb](https://parlamentinsesi.az/gundem/18462-avqust-ayinin-pensiya-odenishleri-yekunlashib.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi məlumat yayıb. Bildirilib ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin…

## [Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb](https://parlamentinsesi.az/gundem/18461-rusiya-ukraynanin-uch-vilayetine-hucum-edib-3-nefer-olub-29-nefer-yaralanib.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Rusiya qoşunları Ukraynanın Xerson, Zaporojye və Xarkov vilayətlərinə hücum edib, nəticədə 3 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Vilayət Hərbi administrasiyalarından məlumat verilib. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayəti atəşə tutması nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb. Rusiya qoşunları sutka ərzində Zaporojye…

## [Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək](https://parlamentinsesi.az/gundem/18460-mezahir-penahov-qazaxistanda-parlament-sechkilerini-izleyecek.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib. Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi avqustun 23-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi…

## [Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır](https://parlamentinsesi.az/gundem/18459-azerbaycan-neftinin-qiymeti-97-dollara-yaxinlashir.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 ABŞ dolları və ya 1,26 % artaraq 96,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 94,03 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir…

## [Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq](https://parlamentinsesi.az/gundem/18458-baki-ve-sumqayitin-bir-sira-erazilerinde-ishiq-olmayacaq.html)

_2026-08-21 · lennon · ParlamentinSesi.Az_

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də Bakının Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir,…

## [Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib](https://parlamentinsesi.az/dunya/18457-rusiya-ordusu-yeniden-kiyeve-dronlarla-zerbe-endirib.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

Rusiya ordusu yenidən Kiyevə (Ukrayna) hücum edib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Bu barədə "Report" Kiyev meri Vitali Kliçkonun "X" sosial şəbəkəsinə istinadən xəbər verir. "PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib", - Kliçko bildirib. Onun sözlərinə görə, hadisə yerinə təcili xidmətlər yollanıb. Qeyd…

## [TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək](https://parlamentinsesi.az/gundem/18456-tdt-tehlukesizlik-shuralari-katiblerinin-5-ci-gorushu-bakida-kechirilecek.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşünün Bakıda keçirilməsi planlaşdırılır. Görüşün 16–18 sentyabr tarixlərində baş tutacağı gözlənilir. Görüş çərçivəsində Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı proqnozlaşdırılır.…

## [Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq](https://parlamentinsesi.az/gundem/18455-azerbaycanda-boyuk-pek-yolu-turizm-mehsulu-yaradilacaq.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi planlaşdırılır. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Bundan başqa, Proqramda 8 mədəni turizm məhsulunun istifadəyə verilməsi, dövrün sonuna 4 yerli, 1 beynəlxalq təbliğat tədbirinin (festival və s.) keçirilməsi,…

## [Əziz Əliyevin 130 illiyi qeyd ediləcək](https://parlamentinsesi.az/gundem/18453-eziz-eliyevin-130-illiyi-qeyd-edilecek.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Qeyd edək ki, 2027-ci ilin yanvar ayında…

## [Şagirdlərin elektron yerdəyişməsi başladı](https://parlamentinsesi.az/gundem/18452-shagirdlerin-elektron-yerdeyishmesi-bashladi.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. "Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar…

## [Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı](https://parlamentinsesi.az/sosial/18451-lisey-ve-gimnaziyalara-qebulun-son-tarixi-achiqlandi.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində avtomatik sorğular yaradılıb. Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir. Sənədlərin…

## [İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var](https://parlamentinsesi.az/gundem/18450-smayillida-agir-avtoqeza-bash-verib-olenler-var.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var. Hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

## [Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq](https://parlamentinsesi.az/gundem/18449-sabah-bakida-32-rayonlarda-36-derece-isti-olacaq.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

Azərbaycanda avqustun 21-də havanın 36 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət…

## [Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib](https://parlamentinsesi.az/gundem/18448-azerbaycan-xn-merkezi-afrika-respublikasina-qizil-medenindeki-facieye-gore-bashsagligi-verib.html)

_2026-08-20 · lennon · ParlamentinSesi.Az_

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib. Bu barədə XİN-in "X" hesabında məlumat verilib. "Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və…

