# bildirilib (news sources) — RSS Amplifier

Recent posts from the 2 feeds in the RSS Amplifier directory that cover bildirilib.

Page: <https://rssamplifier.com/topics/bildirilib/news>  
Feed: <https://rssamplifier.com/topics/bildirilib/news.md>

---

## [Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır](https://via.az/gundem/33560-tehran-ar-snaq-qarsnda-b-ticart-v-maliyy-mliyyatlarn-dayandrr.html)

_2026-08-23 · admin1 · Via.az_

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb. Bu barədə “Le Monde” qəzeti məlumat yayıb. BƏƏ artan regional gərginlik və təhlükəsizlik təhdidlərini əsas gətirərək məhdudiyyətləri qeyri-müəyyən müddətə tətbiq edib. Əmirliklər İranın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır və Tehranın xarici…

## [“Apple” 200-dən çox iş yerini ixtisar edir](https://via.az/gundem/33559-apple-200-dn-ox-i-yerini-ixtisar-edir.html)

_2026-08-23 · admin1 · Via.az_

Amerikanın “Apple” şirkəti “Siri” səsli köməkçisi, süni intellekt (Sİ) və “Vision Pro” qarışıq reallıq qulaqlığının işlənilməsi ilə məşğul olan bölmələrində 200-dən çox iş yerini ixtisar edəcək. Bu barədə “Bloomberg”in nəşrinə istinadən RBC xəbər verir. “Vision Pro” ilə bağlı komandalarda təxminən 100 ştat birliyi, “Siri” və proqram təminatının işlənilməsi ilə məşğul olan bölmələrdə isə daha…

## [Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur](https://via.az/gundem/33558-trkiyd-taplan-imzal-ox-uclar-9000-illik-sirri-zmk-olmur.html)

_2026-08-23 · admin1 · Via.az_

Arxeoloqlar Türkiyənin mərkəzi hissəsində təxminən 9000 il əvvəl hazırlanmış, üzərində qeyri-adi oymalar olan 11 yeni obsidian ox ucu aşkarlayıblar. Hazırda bu cür sirli eksponatların ümumi sayı 54-ə çatıb. Onların hamısı unikaldır, üzərlərindəki işarələrin mənası isə bu günədək naməlum qalır. Tapıntılar Kapadokyada yerləşən neolit dövrünə aid Tepecik-Çiftlik yaşayış məskənində aşkarlanıb.…

## [ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı](https://via.az/gundem/33557-ab-d-yngl-mhrrikli-tyyar-qzaya-urad.html)

_2026-08-23 · admin1 · Via.az_

ABŞ-ın cənub-şərqində, Florida ştatının Boka Raton şəhərindəki çimərlik yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq suya düşüb. Bu barədə yerli polis departamenti məlumat yayıb. Boka Raton polisindən bildirilib ki, hüquq-mühafizə orqanları kiçik təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasına kömək edirlər. Hadisə nəticəsində təyyarədə olan şəxs ehtiyat tədbiri olaraq xəstəxanaya…

## [Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ](https://via.az/gundem/33556-tokioda-zlzl-nticsind-xsart-alanlarn-say-artd-yenlnd.html)

_2026-08-23 · admin1 · Via.az_

Avqustun 23-ə keçən gecə Yaponiyanın paytaxtı Tokionun bir rayonunda baş verən 5,9 maqnituda gücündə zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb. Zəlzələ infrastruktura ziyan vurub, nəqliyyatda fasilələrin yaranmasına səbəb olub. Tokio rayonlarından birində su borusu partlayıb və su yola tökülüb. Bəzi binalarda liftlər avtomatik olaraq dayanıb. xxx 08:43 Yaponiyanın Böyük Tokio bölgəsində…

## [Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır](https://via.az/gundem/33555-bu-qidalar-prostat-xrngi-riskini-29-faiz-artrr.html)

_2026-08-23 · admin1 · Via.az_

Əvvəllər ultra-emal olunmuş qidalar artıq piylənmə, diabet və ürək xəstəlikləri ilə əlaqələndirilirdi. İndi isə Florida Atlantik Universitetinin (ABŞ) alimləri bu tür qidaların həddindən artıq istehlakının kişilərdə ağciyər xərçəngindən sonra ən çox təsadüf edilən onkoloji diaqnoz olan prostat xərçənginin inkişafı riskini əhəmiyyətli dərəcədə artırdığına dair inandırıcı sübutlar təqdim ediblər.…

## [İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi](https://via.az/gundem/33554-ran-hmin-sndi-son-mzakir-n-parlament-gndrdi.html)

_2026-08-23 · admin1 · Via.az_

İran Omanla güzəştli ticarət sazişi üzrə inzibati prosedurları yekunlaşdırıb və sənədi son müzakirə üçün parlamentə göndərib. Bu barədə “Tehran Times” məlumat yayıb. İranın Ticarətin Təşviqi Təşkilatının Qərbi Asiya idarəsinin direktoru Əbdülamir Rabihavi bildirib ki, deputatların sazişi artıq gələn ay müzakirə edəcəyi gözlənilir. Onun sözlərinə görə, son iki ildə İran ticarət diplomatiyası,…

## [Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək](https://via.az/gundem/33553-bu-gn-qazaxstanda-parlament-sekilri-keirilck.html)

_2026-08-23 · admin1 · Via.az_

Bu gün Qazaxıstanda yeni birpalatalı parlamentə - Qurultaya seçkilər keçiriləcək. 545 namizəd irəli sürən yeddi siyasi partiya 145 yer uğrunda mübarizə aparacaq. Təxminən 12,6 milyon vətəndaş səs vermək hüququna malikdir. Ölkədə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə Qazaxıstanın 61 ölkədəki diplomatik nümayəndəliklərində də keçirilir. Seçkilər yalnız partiya siyahıları ilə…

## [Türkiyədən Ermənistana səfərlər başlayır - Turizm agentliyindən ŞOK ELAN](https://via.az/gundem/33552-trkiydn-ermnistana-sfrlr-balayr-turizm-agentliyindn-ok-elan.html)

_2026-08-23 · admin1 · Via.az_

Türkiyənin “Gever turizm” turizm agentliyi Cənubi Qafqaz ölkələrinə — Ermənistan, Gürcüstan və Azərbaycana, həmçinin İran və İraqa turlar təşkil edir. Bu barədə Ermenihaber.am məlumat yayıb. Agentlik Vanda yerləşir, lakin səfərlər yalnız Vandan deyil, həm də Muradiyə, Çaldıran, Doğubayazıt, İğdır və Qarsdan həyata keçirilir. Şirkətin “Instagram” səhifəsində Ermənistana 4 günlük turizm səfəri…

## [Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi](https://via.az/gundem/33551-alaster-kruk-rusiyaya-tzyiq-gstrmyin-nticlri-bard-xbrdarlq-etdi.html)

_2026-08-23 · admin1 · Via.az_

Rusiyaya Ukrayna məsələsində güzəştə getməsi üçün təzyiq göstərmək cəhdləri rusiyalıları yalnız qəzəbləndirir. Moskvaya məcburiyyət tətbiq edilməsinin nəticələri barədə istefada olan britaniyalı diplomat Alaster Kruk xəbərdarlıq edib. “Rusiya Prezidenti Vladimir Putinin guya güzəştlərə gedəcəyi, atəşkəsə və ya təslim olmağa razılaşacağı ideyası çətin ki baş tutsun. Putin mövqeyini dəyişməyəcək.…

## [Your 24/7 AI Media Buyer (Sponsored)](https://crawlproof.com/a/0ntkPRuU7ria)

_2026-08-23 · **Sponsored**_

Finds placement, geo, and funnel leaks and proposes fixes you approve

## [Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi](https://via.az/gundem/33542-mliyyatdan-sonra-iflic-olan-nigar-vfat-etdi.html)

_2026-08-22 · admin1 · Via.az_

Bakıda keçən il rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın vəfat edib. O, ötən gün dünyasını dəyişib. Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan qadın ötən gün vəfat edib. Qeyd edək ki, Nigar Budaqlının əməliyyatdan sonra iflic vəziyyətinə…

## [Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama](https://via.az/gundem/33541-balanan-universitetin-tlblri-il-bal-rsmi-aqlama.html)

_2026-08-22 · admin1 · Via.az_

Bakı Qızlar Universitetində (BQU) təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı məsələlər hazırda nəzərdən keçirilir. Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. “Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı aidiyyəti məsələlər hazırda nəzərdən keçirilir. Müvafiq qərarlar qəbul edildikdən sonra bu barədə…

## [Azərbaycanda artıq bunu etmirlər... - 5 ildə 4 dəfəyə yaxın azalma](https://via.az/gundem/33540-azrbaycanda-artq-bunu-etmirlr-5-ild-4-dfy-yaxn-azalma.html)

_2026-08-22 · admin1 · Via.az_

2025-ci ildə Azərbaycanda 80,3 milyon ədəd SMS göndərilib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 39,2 % azdır. Ötən il ölkədaxili mobil telefon trafiki 12 milyard 368,5 milyon dəqiqə olub ki, bu da əvvəlki ilə nisbətən 10 % azdır. Son 5 ildə göndərilmiş SMS-lərin sayında 3,8dəfə, ölkədaxili mobil telefon trafikində isə…

## [Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı](https://via.az/gundem/33539-bu-lkdn-azrbaycana-gndriln-pullar-kskin-artd.html)

_2026-08-22 · admin1 · Via.az_

İyul ayında Gürcüstandan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 7 milyon dollara çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. Gürcüstandan Azərbaycana göndərilən pulun həcmi əks istiqamətdə həyata keçirilən köçürmələri təxminən iki dəfə üstələyib. Belə ki, iyul ərzində Azərbaycandan Gürcüstana 3,55 milyon dollar göndərilib. Ümumilikdə isə iyul ayında…

## [Azərbaycanda tapılan sirli daş kürə dünya alimlərinin diqqətində - Cənubi Qafqazda indiyə qədər aşkarlanan heç bir əşyaya bənzəmir](https://via.az/gundem/33538-azrbaycanda-taplan-sirli-da-kr-dnya-alimlrinin-diqqtind-cnubi-qafqazda-indiy-qdr-akarlanan-he-bir-yaya-bnzmir.html)

_2026-08-22 · admin1 · Via.az_

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova məlumat verib. Məqalədə daş kürənin Cənubi Qafqazda indiyə qədər tapılmış heç bir əşyaya…

## ["Tesla" milyonlarla avtomobili geri çağırır - Səbəb](https://via.az/gundem/33537-tesla-milyonlarla-avtomobili-geri-arr-sbb.html)

_2026-08-22 · admin1 · Via.az_

"Tesla" şirkəti qapıların fövqəladə vəziyyətdə açılmasını çətinləşdirə bilən problem səbəbindən Çində 2,98 milyon avtomobili geri çağırır. Bu, şirkətin Çindəki ən böyük geri çağırma kampaniyalarından biridir. Geri çağırılan avtomobillərdə salondakı mexaniki qəza qapı tutacaqları interyerin rənginə çox yaxın olduğundan onları tapmaq və istifadə etmək çətin ola bilər. Xüsusilə ciddi qəza zamanı…

## [15 saniyəlik video, milyonlarla pul: TikTok necə varlandırır?](https://via.az/gundem/33536-15-saniylik-video-milyonlarla-pul-tiktok-nec-varlandrr.html)

_2026-08-22 · admin1 · Via.az_

Bir zamanlar restoranın məşhurlaşması üçün şəhərin mərkəzində yerləşməsi, mağazanın böyüməsi üçünsə bahalı reklamlara pul xərcləməsi vacib sayılırdı. İndi isə bütün qaydaları 15 saniyəlik bir TikTok videosu dəyişə bilər. Telefonla çəkilən sadə görüntü bir neçə saat ərzində milyonlarla insana çatır, ertəsi gün obyektin qarşısında uzun növbələr yaranır. TikTok artıq yalnız əyləncə platforması deyil.…

## [Nurani Qasımova vəfat etdi](https://via.az/gundem/33535-nurani-qasmova-vfat-etdi.html)

_2026-08-22 · admin1 · Via.az_

Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb. Nurani Qasımova uzun illər beynəlxalq münasibətlər, Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və digər geosiyasi proseslərə dair analitik yazıları ilə Azərbaycanın tanınmış siyasi yazarlarından biri olub.

## [Ən yüksək sosial yardımı onlar alır - Siyahı](https://via.az/gundem/33534-n-yksk-sosial-yardm-onlar-alr-siyah.html)

_2026-08-22 · admin1 · Via.az_

2026-cı il iyulun 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər verir ki, rayon və şəhərlər arasında ən yüksək göstərici Ağdərə rayonunda qeydə alınıb. Burada bir nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq…

## [Qızıl və gümüş bahalaşdı](https://via.az/gundem/33533-qzl-v-gm-bahalad.html)

_2026-08-22 · admin1 · Via.az_

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.97% artaraq 4.662 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.33% bahalaşaraq 69.01 ABŞ dolları təşkil edib.

## [Stocks ranked by what execs say (Sponsored)](https://crawlproof.com/a/Ckd50pa6KkLO)

_2026-08-22 · **Sponsored**_

Evidence-backed watchlists from earnings calls and filings, cited to real transcripts—not guesses.

## [Məhkəmə Zelenskinin hüquq ofisinin direktorunu həbs edib](https://ritorika.az/m%c9%99hk%c9%99m%c9%99-zelenskinin-huquq-ofisinin-direktorunu-h%c9%99bs-edib/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

Ukraynanın Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (İƏP) məlumat verib ki, Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi (AAKM) Vladimir Zelenskinin ofisinin hüquq direktorunu həbs edib. Agentliyin Telegram kanalına görə, Zelenskinin hüquq direktoru 7 milyon qrivna (təxminən 157.000 dollar) girov müqabilində azadlığa buraxılmaq seçimi ilə həbs edilib. Agentlik şübhəlinin adını çəkmir, lakin…

## [Türkiyə İsrailin Ankaranı niyə təhlükə hesab etdiyini izah etdi](https://ritorika.az/turkiy%c9%99-israilin-ankarani-niy%c9%99-t%c9%99hluk%c9%99-hesab-etdiyini-izah-etdi/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

İsrail hakimiyyəti Türkiyəni yəhudi dövləti üçün yeni bir təhdid kimi təqdim etməklə sırf daxili siyasi məqsədlər güdür. Bu kurs regional və qlobal təhlükəsizliyə təhdid yaradır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kommunikasiya rəhbəri Burhanəddin Duran bildirib. Duran X-dəki açıqlamasında bildirib ki, “İsrail Baş nazirinin Benyamin Netanyahunun ofisinin prezidentimiz Rəcəb Tayyib…

## [Moldovanın Baş naziri Ukraynaya qarşı taxıl məhdudiyyətlərinin qaldırılması ilə bağlı fikrini dəyişib](https://ritorika.az/moldovanin-bas-naziri-ukraynaya-qarsi-taxil-m%c9%99hdudiyy%c9%99tl%c9%99rinin-qaldirilmasi-il%c9%99-bagli-fikrini-d%c9%99yisib/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

Moldovanın Baş naziri Vasile Tofan Ukraynadan gələn taxıla qarşı qoruyucu tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib. “Elə qərarlar var ki, qəbul etmək asandır. Elə qərarlar da var ki, istənilən variant müəyyən xərclərlə nəticələnir. Taxıl idxalının lisenziyalaşdırılması onlardan biridir. Növbəti hökumət iclasında taxıl idxalının lisenziyalaşdırılması rejiminin tətbiqini tövsiyə…

## [ABŞ və Braziliya prezidentləri Ukraynadakı münaqişənin tezliklə həllinə çağırıblar](https://ritorika.az/abs-v%c9%99-braziliya-prezidentl%c9%99ri-ukraynadaki-munaqis%c9%99nin-tezlikl%c9%99-h%c9%99llin%c9%99-cagiriblar/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

ABŞ prezidenti Donald Tramp və Braziliya prezidenti Luis İnasio Lula da Silva Ukraynadakı münaqişənin tez bir zamanda həllinə çağırıblar. Bu barədə Braziliya liderinin mətbuat xidməti Ağ Ev rəhbəri ilə telefon danışığından sonra məlumat verib. Mətbuat açıqlamasında qeyd olunur ki, “prezidentlər Rusiya ilə Ukrayna arasında təxminən beş ildir davam edən münaqişənin təcili olaraq danışıqlar yolu ilə…

## [Ukrayna Nazirlər Kabineti qalmaqal səbəbindən Sense Bank-ın müşahidə şurası rəhbərinin səlahiyyətlərinə xitam verib](https://ritorika.az/ukrayna-nazirl%c9%99r-kabineti-qalmaqal-s%c9%99b%c9%99bind%c9%99n-sense-bank-in-musahid%c9%99-surasi-r%c9%99hb%c9%99rinin-s%c9%99lahiyy%c9%99tl%c9%99rin%c9%99-xitam-verib/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

Ukrayna Nazirlər Kabineti korrupsiya qalmaqalı səbəbindən dövlətə məxsus Sense Bank-ın müşahidə şurasının rəhbəri Nikolay Qladişşenkonun səlahiyyətlərinə xitam verib. Ukraynanın Baş naziri Sergey Koretski bildirib ki, müşahidə şurasına hökumət nümayəndəsi də təyin edilib. “Bugünkü iclasda hökumət Sense Bank ilə bağlı əlavə kadr qərarları qəbul etdi. Müşahidə şurasının rəhbəri Nikolay…

## [Qalibaf İraqın Hörmüz boğazındakı məhdudiyyətlərdən azad edilməsini müzakirə edəcək](https://ritorika.az/qalibaf-iraqin-hormuz-bogazindaki-m%c9%99hdudiyy%c9%99tl%c9%99rd%c9%99n-azad-edilm%c9%99sini-muzakir%c9%99-ed%c9%99c%c9%99k/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Respublikasının rəhbərliyi ilə İraqın Hörmüz boğazından gəmilərinin keçməsinə məhdudiyyət qoyulan ölkələr siyahısından çıxarılması məsələsini müzakirə edəcək. Bu barədə İraq Nümayəndələr Şurasının (Parlament) sədri Heybət əl-Halbusi bildirib. “İran Parlamentinin sədri Qalibaf İraq neft tankerlərinin Hörmüz boğazındakı məhdudiyyətlərdən azad…

## [Dövlət Departamenti Norveçə UH-60M Black Hawk helikopterlərinin mümkün satışını təsdiqləyib](https://ritorika.az/dovl%c9%99t-departamenti-norvec%c9%99-uh-60m-black-hawk-helikopterl%c9%99rinin-mumkun-satisini-t%c9%99sdiql%c9%99yib/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

ABŞ Dövlət Departamenti Norveçə 2,3 milyard dollara UH-60M Black Hawk çoxməqsədli helikopterlərinin və əlaqəli sistemlərin satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda bildirilib. Norveç hakimiyyəti əvvəllər ABŞ-dan 21 UH-60M Black Hawk helikopteri, onların mühərrikləri və silahları, eləcə də naviqasiya, rabitə və müdafiə sistemləri də daxil olmaqla…

## [Kellogg Odessada &#8220;Qara dəniz təşəbbüsləri&#8221; mövzusunda görüş elan etdi.](https://ritorika.az/kellogg-odessada-qara-d%c9%99niz-t%c9%99s%c9%99bbusl%c9%99ri-movzusunda-gorus-elan-etdi/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq bildirib ki, Odessaya səfəri zamanı Qara dənizlə bağlı təşəbbüslərə həsr olunmuş görüşdə Amerika nümayəndə heyətinə rəhbərlik edib. O, X-də yazırdı: “Odessada Qara dəniz təşəbbüsləri ilə bağlı çox məlumatlı bir görüş keçirdim. Kellogg hansı təşəbbüslərə istinad etdiyini dəqiqləşdirməyib. O, həmçinin “Odessa hərbi əməliyyatların…

## [TASS: TCC hərbi xidmətdən yayınanları təqib etmək üçün dronlardan istifadə edir](https://ritorika.az/tass-tcc-h%c9%99rbi-xidm%c9%99td%c9%99n-yayinanlari-t%c9%99qib-etm%c9%99k-ucun-dronlardan-istifad%c9%99-edir/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

Ərazi işə qəbul mərkəzinin (Hərbi komissarlığa bənzər TRC) əməkdaşları çağırışdan yayınan vətəndaşları təqib etmək üçün dronlardan istifadə edirlər. Bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat veriblər. Agentliyin mənbəyi bildirib ki, “Bildiyimiz kimi, Ukraynada ‘heç kim heç kimi dəyənəklə müharibəyə məcbur etmir’, lakin onlar tamamilə fərqli üsullarla idarə olunurlar.…

## [İran silah ehtiyatlarının artırıldığını açıqladı](https://ritorika.az/iran-silah-ehtiyatlarinin-artirildigini-aciqladi/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

İslam Respublikası Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Şahrux Şahramın sözlərinə görə, İranın silah istehsalı Körfəz müharibəsi tərəfindən pozulmayıb; əksinə, onun gücü artır. İranın SNN xəbər agentliyinin məlumatına görə, general qeyd edib ki, “Ölkənin güclü silah istehsalı fasiləsiz davam edir. Düşmən Müdafiə Nazirliyinin bir neçə obyektinə hücumlardan sonra hərbi təchizat zəncirini…

## [Earn crypto from idle GPUs (Sponsored)](https://crawlproof.com/a/I2P1Ep3kSGDY)

_2026-08-21 · **Sponsored**_

Run one CLI command, connect your GPU, and start receiving crypto payouts.

## [&#8220;Xüsusi qayğıya ehtiyacı olan şəxslərin mühafizəsi bizim prioritetimizdir&#8221; mövzusunda kurs-seminar keçirilib](https://ritorika.az/xususi-qaygiya-ehtiyaci-olan-s%c9%99xsl%c9%99rin-muhafiz%c9%99si-bizim-prioritetimizdir-movzusunda-kurs-seminar-kecirilib/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil müəssisələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərə xidmət göstərən müəssisə və təşkilatların, eləcə də internat tipli gimnaziyaların rəhbər, pedaqoji və texniki heyəti üçün “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin mühafizəsi bizim prioritetimizdir” mövzusunda kurs-seminar keçirilib. Bu…

## [Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsi dəstəklənir](https://ritorika.az/az%c9%99rbaycanda-yasi-16-dan-az-olan-s%c9%99xsl%c9%99rin-sosial-s%c9%99b%c9%99k%c9%99l%c9%99r%c9%99-girisinin-qadagan-edilm%c9%99si-d%c9%99st%c9%99kl%c9%99nir/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin, həmçinin sosial şəbəkələrdən istifadə səviyyəsinin və onların cəmiyyətə təsirlərinin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirilib. MEDİA-dan AZƏRTAC-a bildirilib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin…

## [Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib](https://ritorika.az/prezident-ilham-eliyev-az%c9%99rbaycanla-turkm%c9%99nistan-arasinda-bir-sira-s%c9%99n%c9%99dl%c9%99ri-t%c9%99sdiql%c9%99yib/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş” təsdiqlənib. APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli,…

## [Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinin təbliği üçün təqdimatlar hazırlanıb](https://ritorika.az/g%c9%99ncl%c9%99r-kitabxanasinda-nizami-g%c9%99nc%c9%99vi-irsinin-t%c9%99bligi-ucun-t%c9%99qdimatlar-hazirlanib/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə yeni təqdimatlar hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, süni intellekt əsasında ərsəyə gətirilən bu təqdimatlarda Nizami Gəncəvinin məşhur “Xəmsə”sinə daxil olan poemaların ideya-bədii xüsusiyyətləri, fəlsəfi…

## [Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında işçi görüşü keçirilib](https://ritorika.az/az%c9%99rbaycan-v%c9%99-ozb%c9%99kistan-mudafi%c9%99-nazirlikl%c9%99ri-arasinda-isci-gorusu-kecirilib/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında ideoloji iş və psixoloji xidmət sahələrində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib. Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, milli-mənəvi dəyərlərin qorunması, hərbi xidmət və…

## [Səadət Yusifova: Ahıska türklərinin taleyi mənəvi dəyərlərə, milli kimliyə sədaqətin nümunəsidir](https://ritorika.az/s%c9%99ad%c9%99t-yusifova-ahiska-turkl%c9%99rinin-taleyi-m%c9%99n%c9%99vi-d%c9%99y%c9%99rl%c9%99r%c9%99-milli-kimliy%c9%99-s%c9%99daq%c9%99tin-numun%c9%99sidir/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

Ahıska türklərinin taleyi milli irsin yaşadılmasının, mənəvi dəyərlərə və milli kimliyə sədaqətin nümunəsidir. “Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Ahıska Türkləri – İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində deyib. O bildirib ki, sərgi insan taleyinin, milli yaddaşın, doğma yurda bağlılığın və tarixi ədalətə inamın ifadəsidir: “Sərgi yalnız tarixi…

## [Azərbaycanda qida duzu istehsalı 11%-ə yaxın azalıb](https://ritorika.az/az%c9%99rbaycanda-qida-duzu-istehsali-11-%c9%99-yaxin-azalib/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 59 min 656,9 ton duz istehsal edilib. Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 25,3% artım olub. Avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 26,8 ton olub. Qeyd edək ki, hesabat dövründə ölkədə 41,8 min ton qida duzu istehsal edilib. Ötən \[…\]

## [Azərbaycanlı musiqiçilər Balıkesirdə konsert proqramı ilə çıxış ediblər](https://ritorika.az/az%c9%99rbaycanli-musiqicil%c9%99r-balikesird%c9%99-konsert-proqrami-il%c9%99-cixis-edibl%c9%99r/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında Azərbaycanı təmsil edən “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı qardaş ölkənin Balıkesir vilayətində konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, konsert proqramından əvvəl Azərbaycanın nümayəndə heyəti Balıkesirin ləzgilərin kompakt yaşadığı Ortaca kəndini ziyarət edib. Kənd sakinləri tərəfindən səmimi qarşılanan…

## [Üzümün insan orqanizminə hansı faydaları var?](https://ritorika.az/uzumun-insan-orqanizmin%c9%99-hansi-faydalari-var/)

_2026-08-21 · editor 01 · Ritorika.az_

Yay mövsümünün sonlarında yetişən və süfrələrimizin ən çox istifadə olunan nemətlərindən biri – üzüm zəngin vitamin, mineral və antioksidant tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Müxtəlif sortları ilə seçilən üzüm orqanizmin enerji tələbatının ödənilməsinə, ürək-damar sisteminin fəaliyyətinin dəstəklənməsinə və həzm prosesinin yaxşılaşdırılmasına kömək edən faydalı qida mənbəyidir.…

## [Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə dron hücumu edilib](https://ritorika.az/qara-d%c9%99nizd%c9%99-turkiy%c9%99y%c9%99-m%c9%99xsus-yuk-g%c9%99misin%c9%99-dron-hucumu-edilib/)

_2026-08-21 · editor 02 · Ritorika.az_

Türkiyə şirkəti tərəfindən idarə olunan Volgo Balt 226 gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb. Gəmidə olan 10 Azərbaycan və bir Gürcüstan vətəndaşından heç biri xəsarət almayıb. “Maritime Voice” xəbər verir ki, yük gəmisi Türkiyənin Trabzon limanına gedir. Onun sözlərinə görə, hücum nəticəsində kapitanın körpüsünə və yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Açıq mənbələrə görə, Volgo \[…\]

## [Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar](https://via.az/gundem/33532-zelenskidn-maa-v-ay-il-bal-qrar.html)

_2026-08-21 · admin1 · Via.az_

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın məşhur "Maşa və Ayı" cizgi serialının yaradıcılarına qarşı sanksiya tətbiq edib. Sanksiyalar serialın istehsalçısı olan "Animaccord" studiyasına, prodüser Dmitri Loveikoya və animator Oleq Kuzovkova şamil olunub. Sanksiya siyahısına ümumilikdə beş fiziki və dörd hüquqi şəxs daxil edilib. Onlara qarşı məhdudiyyətlər 10 il müddətinə qüvvədə olacaq.…

## [Bu şəxslərin pensiyaları artacaq](https://via.az/gundem/33531-bu-xslrin-pensiyalar-artacaq.html)

_2026-08-21 · admin1 · Via.az_

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Baku.ws"ə bildirib. Deputat əlavə edib ki, vətəndaş pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, onun topladığı…

## [İsmayıllıda toyda 24 nəfər zəhərləndi](https://via.az/gundem/33530-smayllda-toyda-24-nfr-zhrlndi.html)

_2026-08-21 · admin1 · Via.az_

İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Bu barədə AQTA məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib. 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi…

## [İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub](https://via.az/gundem/33529-tkin-dm-6-nfr-taplb-dlduzlua-gr-axtarlan-9-xs-tutulub.html)

_2026-08-21 · admin1 · Via.az_

Polis əməkdaşlarının avqustun 20-də keçirdiyi tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 6 nəfər tapılıb, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil…

## [Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı](https://via.az/gundem/33528-su-hvzlrini-irklndirnlr-qar-cinayt-ii-balanld.html)

_2026-08-21 · admin1 · Via.az_

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə müvafiq tədbirlər həyata keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.…

## [Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək](https://via.az/gundem/33527-bu-razilr-azrbaycana-qaytarlr-ermnistan-ikiy-blnck.html)

_2026-08-21 · admin1 · Via.az_

Ermənistanın baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikirlər ölkəsində ciddi müzakirələrə səbəb olub. Erməni baş nazir bildirib ki, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Azərbaycan ərazisidir. O, anklav olan bu kəndlərin Azərbaycana qaytarılacağını deyib. Əlavə edib ki, “xəritələrin reallığa uyğun gəlmədiyi digər ərazilər də var – Cermukda (İstisu), Vayots Dzorun (Dərələyəz)…

## [İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?](https://via.az/gundem/33526-taliyada-ruslarn-pasportlar-msadir-olundu-n-ba-verir.html)

_2026-08-21 · admin1 · Via.az_

Rusiyadan İtaliyaya getmək istəyən turistlər Şengen vizalarının gecikdirilməsindən şikayətlənirlər. Rusiyalı Aleksandra mayın 14-də Moskvadakı Almaviva viza mərkəzinə sənədlərini təqdim edib. Onun uçuşu iyulun 19-na planlaşdırılıb. Həmin vaxt vizaların 45-60 günə verildiyi bildirilsə də, avqustun ortalarına qədər cavab ala bilməyib. Nəticədə aviabilet və otel rezervasiyaları qüvvədən düşüb. Qadın…

## [Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı](https://via.az/gundem/33525-cinayt-trtmkd-bhli-bilinn-76-nfr-saxlanld.html)

_2026-08-21 · admin1 · Via.az_

Avqustun 20-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 24, qanunsuz…

## [Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ](https://via.az/gundem/33524-xtai-rayon-mhkmsinin-hakimi-min-abbasovann-daltsiz-qrar-qohumluq-laqlrnn-hquq-zrindki-qlbsidiir-kayt.html)

_2026-08-20 · admin1 · Via.az_

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki qələbəsidiir-ŞİKAYƏTÇİ Redaksiyanın elektron ünvanına Şahsuvar Vidadi oğlu Əhədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik. Yazıb sizə bildirirəm ki, 30.05.2024-cü il tarixində Gündüz Akif oğlu Gözəlovdan Bakı şəhəri, Xətai rayonu, Fəzail…

## [Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək](https://ritorika.az/s%c9%99h%c9%99rsalmanin-ekoloji-bioloji-v%c9%99-tibbi-aspektl%c9%99rin%c9%99-dair-beyn%c9%99lxalq-elmi-simpozium-t%c9%99skil-edil%c9%99c%c9%99k/)

_2026-08-20 · editor 01 · Ritorika.az_

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə sentyabrın 29-da “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium təşkil ediləcək. İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumun əsas məqsədi şəhər mühitinin…

