RSS Amplifier

Podcast

The Valiyev Show

The Valiyev Show — Azərbaycanca elit performans, kouçinq, sahibkarlıq və özünüinkişaf podkastıdır. Hər epizodda ekspertlər, koçlar və sahibkarlarla dərin söhbətlər aparılır, ya da İsmayıl Vəliyev özü həyatda və işdə irəliləmək istəyənlər üçün praktik fikirlər paylaşır. Podkastın əsas mövzuları: liderlik, kouçinq, davranış dizaynı, sahibkarlıq, vərdiş formalaşdırma, məhsuldarlıq, şəxsi və peşəkar həyatda uğur. Əgər potensialını reallaşdırmaq, düşüncə tərzini dəyişmək və nəticə əldə etmək…

rss.comSource feed ↗10 episodes

Live Last read · last published · next check

Written by

Latest episodes

Saves to your Listen queue, to pick up on another day or another device.

Beyin Niyə Disiplindən Qaçır — Və Həlli

Bu epizodda sizinlə çox sadə, amma son dərəcə effektiv bir metod paylaşıram. Beynimiz həmişə yeni şeylər axtarır — bu onun təbiətidir. Amma bu təbiət bizim disiplinimizin, davamlılığımızın və məhsuldarlığımızın ən böyük düşmənidir. Bu metod məhz bunun qarşısını almağa kömək edir. Çətin işlərə başlamağı, başladığını bitirməyi və hər gün özündən daha yaxşı olmağı öyrədir. Asan deyil. Amma işləyir.…

Play

Səni Yoran İşlər Deyil, Gözləntilərindir.

Bu epizodda niyə bəzən özümüzə lazımsız stress yaratdığımızdan danışdım. Daim məhsuldar olmağa çalışmağın görünməyən mənfi tərəflərini, stresin əsas səbəblərini və bununla necə daha sağlam şəkildə baş edə biləcəyimizi araşdırdıq. Həmçinin vaxtımızın, enerjimizin və əlimizin altındakı resursların fərqində olub, buna baxaraq qərar verməyin niyə bu qədər vacib olduğundan danışdıq.

Play

Növbəti Ən Kiçik Addım — Prokrastinasiyaya Qarşı Ən Güclü Silah

Sən heç bir işi başlamaq istəyib, amma haradan başlayacağını bilməyib donub qalmısan? Bəlkə problem motivasiya yox, addımın özüdür. Bu epizodda "Növbəti Ən Kiçik Addım" metodundan danışırıq — beyni aldatmağın ən sadə, ən effektiv yolu. Böyük hədəf yox, bir kiçik hərəkət. Sadəcə bir. Qulaq as və bu gün özün üçün sına.

Play

Kimliyini dəyiş. Həyatın dəyişəcək.

Kimliyin Gücü Bu epizodda davranış, vərdişlər və həyatı dəyişmək üçün kimliyin nə qədər önəmli olduğunu və bununla bağlı nə etməli olduğumuzu danışırıq. . . . . . #şəxsiinkişaf #liderlik #psixologiya #özünüinkişaf #intizam #mindset #discipline #leadership #selfdevelopment #azeripodcast

Play

Başlayan Yox, Bitirən Ol

Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır. Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.

Play

Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir

Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir. Bu epizodda müzakirəmiz: Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorur Fasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyini Necə “real” istirahət edib enerjini geri qazana bilərsən Bu, sadəcə fasilə deyil. Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.

Play

Boş Yorğunluq Problemi

Gün boyu çox işləyirsən… amma günün sonunda qəribə bir boşluq hiss edirsən. Yorğunsan, amma bu yorğunluq səni qane etmir. Sanki işlədin… amma nəyəsə çatmadın. Bu epizodda bu hissin əsl səbəbini açıram. Niyə çox işləmək səni doldurmur? Niyə busy olmaq ≠ fulfilled olmaqdır? Səninlə paylaşacam: konkret yanaşmalar, praktik metodlar, və gündəlik istifadə edə biləcəyin real alətlər. Əgər günün sonunda…

Play

Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul

Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram. Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.

Play

Gözləyə Bilən Qazanır

Bu epizodda gözləməyin gücü haqqında danışırıq. Stanford Universitetində aparılmış məşhur marshmallow eksperimenti göstərir ki, gözləyə bilən insanlar uzun müddətdə daha uğurlu olur . Amma əsas sual budur: niyə gözləmək bu qədər çətindir və necə olur ki, bəziləri bunu bacarır, bəziləri isə yox? Bu epizodda səbrin, özünü idarə etmənin və uzunmüddətli düşünməyin həyatımıza necə təsir etdiyini qısa…

Play

İş çox, vaxt az — necə çatdıraq?

Bir çox insan az işlədiyi üçün yox, çox işlədiyi halda belə özündən razı qalmadığı üçün yorulur. Bəzən gün boyu işləyirik. Vacib işlər görürük. Hətta çox insandan daha çox işləyirik. Amma günün sonunda yenə də bir hiss qalır: “Daha çox etməli idim.” Bu epizodda danışdığımız mövzu budur. Niyə çox işləsək belə beynimiz bunu kifayət saymır? Niyə daim geridə qalmış kimi hiss edirik? Və necə edə…

Play