RSS Amplifier

Blog

Tarix və Coğrafiya Fakültəsi

Gəncə Dövlət Universiteti

tcf.gdu.edu.azSource feed ↗10 posts

Live Last read · last published · next check

Written by

Latest posts

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

151 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Jurnalistikamızın bayraqdarına çevrilən “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuat tarixində yeni era başladı. Sonrakı illərdə nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”,…

Tovuz döyüşləri: Zəfərin astanasında

Bu gün Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində xüsusi yer tutan Tovuz döyüşlərinin başlanmasından altı il ötür. 2020-ci il iyulun 12-17-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər təkcə düşmənin növbəti hərbi təxribatının qarşısını almaqla yadda qalmayıb. Həmin günlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş ruhunu və xalqın sarsılmaz birliyini nümayiş…

TARİX VƏ COĞRAFİYA FAKÜLTƏSİNİN ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Tarix və coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Tarix və coğrafiya fakültəsinin dekanı dos. U.Həsənov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. 1.Buraxılış kurs tələbələrinə bakalavr ixtisas dərəcəsi verilməsi haqqında 2. 2025-2026-cı tədris ili üçün iş planlarının təsdiqi – Dekanlığın iş planı – Fakültə Elmi Şurasının iş planı – Kafedraların iş […]

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

“Ordumuzun gücü dövlətimizin gücüdür. Güclü ordu güclü dövlət deməkdir.” Bu fikir müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir. Tarixin müxtəlif dövrlərində öz dövlətçiliyini qorumaq uğrunda ağır sınaqlardan keçən Azərbaycan xalqı bu gün güclü, müasir və qalib ordusu ilə haqlı olaraq fəxr edir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü təkcə hərbi bayram…

15 iyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günüdür

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin bərqərar olması baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan mürəkkəb və ağır dövr yaşamağa başladı. O,…

“İNSAN HÜQUQLARININ QORUNMASI” ADLI TƏDBİR KEÇİRİLİB

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində “İnsan hüquqlarının qorunması” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, 1998-ci ildə Ulu…

YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. 01 iyun 2026-cı il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb, 8 iyun tarixdən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Test formasında…

GDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

Gəncə Dövlət Universitetində (GDU) bakalavriat və magistratura səviyyəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Hazırda bakalavriat və magistratura səviyyəsi üzrə imtahanlar yazılı formada aparılır. Bütün imtahanlar kameralarla təhciz olunmuş…

28 MAY MÜSTƏQİLLİK GÜNÜ

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində milli iradənin, azadlıq düşüncəsinin və dövlətçilik ənənələrinin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşərək xalqımızın müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin…

Tarix və coğrafiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Tarix və coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Dekan Urfan Həsənov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Fakütltə Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib. Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.