RSS Amplifier

Shaig’s Substack · Jun 28, 2026

Həftəlik icmal #74

0
Sign in to vote or save

Shaig Muradov · Shaig’s Substack

“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.

Avropa İttifaqı ölkələri arasında ən böyük mənbə İrlandiya olub. Bu ölkədən Azərbaycana göndərilən pul baratlarının həcmi 24.59 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 3.14 mln. dollarla müqayisədə təxminən 7.8 dəfə çoxdur.

Bunun isə ən böyük səbəbi online dövriyyədir. Demək olar ki, bütün böyük texnologiya şirkətlərinin Avropa ofisləri İrlandiyada yerləşir. Sosial media və freelance qazancları da əsasən böyük texnologiya şirkətlərinin İrlandiya ofislərindən gəlmiş olur.

Bir, Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması “Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani) beynəlxalq pul köçürmələrini istifadəyə verib.

Telefonda internet paketi olmadan, sadəcə aktiv nömrə ilə də mygov-u istifadə etmək mümkündür.

Şirkət sifarişlər üzrə əvvəllər tətbiq olunan 1,99 manatlıq sabit çatdırılma ödənişini ləğv edərək çatdırılmanı tamamilə pulsuz edib. Bununla yanaşı, marketpleysin vitrini tam şəkildə Azərbaycan dilinə uyğunlaşdırılıb.

Ötən həftə Azericard ilə işləyən bankların kartlarında müəyyən dövr üçün olan tranzaksiyalar təkrar işləmiş və hesablardan əlavə pul çıxılmışdı. Bu güman ki, gözdən qaçan texniki nasazlıq nəticəsində baş vermişdi. Qısa müddət ərzində də, hesablar bərpa edildi.

Patch the Planet: open source ekosistemində olan boşluqların aradan qaldırılması üçün elan edilən proyekt.

Jalapeño: OpenAI və Broadcom LLM-lər üçün çip istehsal edəcəklər.

Claude Tag: Claude-ni Slack içində komanda yoldaşı kimi istifadə etməyə kömək edir.

Claude-nin ödəniş edən müştəri sayı Yanvardan bu yana 75% artıb.

Meta öz brendi ilə olan Meta Adventurer, Meta Fury və Meta Glasses by Kylie eynəklərini Meta Glasses seriyası adı altında $299-dan başlayan qiymətlər ilə satışa başlayır.

Creator Studio: məzmun istehsalçıları üçün S.İ. asistenti kimi müstəqil tətbiq elan etdi.

Google Finance: S.İ. əsaslı analizlər və statistikaları özündə cəmləşdirən yeni finans tətbiqi istifadəyə verilib.

Play Store yeni gəlir paylaşım faiz nisbətlərini açıqlayıb.

Xüsusən Macbook və iPad qiymətlərində artım oldu. Bunu da süni intellektə görə çip-lərin bahalaşması əsas gətirildi.

Bu yeniliklərdən xüsusi diqqət çəkən Code layers və Figma Motion oldu.

Aİ-də fəaliyyət üçün MiCA lisenziyası almaq lazımdır. Yunanıstan üzərindən bu lisenziyaya müraciət edən Binance bu lisenziyanı ala bilməyib.

Groq $650 milyon aldı. (Chip)

Stark €500 milyon aldı. Dəyəri €3.5 milyard oldu. (Defence)

Nearfield Instruments $380 milyon aldı. Dəyəri $1.6 milyard oldu. (Chip)

General Intuition $320 milyon aldı. Dəyəri $2.3 milyard oldu. (AI)

Assort Health $20 milyon aldı. Dəyəri $1.2 milyard oldu. (Health)

Patronus AI $50 milyon aldı. (AI)

Prosper $30 milyon aldı. (AI)

Aether AI $20 milyon aldı. (AI)

Causa Prima $10 milyon aldı. (AI wrapper)

Bu həftəlik də bu qədər.

Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz:

No posts

Read the original on shaig.substack.com

Comments

Nothing yet. Say the first thing.

    Sign in to join the conversation.