Caspian Innovation Center yeni mərhələyə qədəm qoyur — SOCAR Tech olaraq yoluna davam edir.
Son vaxtlar Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılaraq dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntuları qeydə alınmaqdadır.
Azərbaycan və Çinin ən iri dövlət şirkətlərindən biri olan CITIC Group Bakıda yaradılması planlaşdırılan süni intellekt hesablama platformasında əməkdaşlıq edə bilər.
AWS Mərkəzi və Şərqi Avropa üçün AI Get Certified Challenge proqramını başladıb və Azərbaycan da uyğun ölkələr siyahısındadır.
Xsolla (USA), Inc., Formula One Digital Media Limited, Valve Corporation, Cleverbridge GmbH rəsmi siyahıya alınıb. Meta isə məktub göndərərək prosesə başladığını bildirib.
Bu ildən ilk dəfə 2026-cı il məzunları elektron təhsil sənədlərinə mygov-da “Təhsil” bölməsində yerləşən “Elektron təhsil sənədlərim” vasitəsilə baxa biləcəklər.
Maraqlıdır ki, sosial mediada bundan narazı olan məzunlar gördüm. Səbəb isə diplom dijital olduğuna görə arasına şirinlik qoyan olmayacaq deyirdilər. Digər tərəfdən də
shirinlik.online sayt qabağıma çıxdı.
AZAL və Bolt əməkdaşlığa başlayıb. AZAL-dan qazanılan millərlə Bolt-da ödəniş etmək mümkün oldu.
Bir və Clopos-un birgə təşəbbüsü restoranlarda sifarişdən ödənişə qədər bütün prosesi Bir Pay vasitəsilə birləşdirir.
Təqdimat tədbirində mən də iştirak etdim.
Kiber təhlükəsizlik üçün istifadə ediləcək yeni GPT-5.6-Cyber modelini tanıtdı.
Ultrafast adlı GPT-5.6 Sol 14 dəfə sürətləndirən rejimini tanıtdı.
Astra adlı modelin inkişaf etdirilməsi dayandırılıb. Səbəb kimi təhlükəsizlik ilə bağlı narahatlıq göstərilib.
Linux üçün də desktop versiya tanıdıldı.
AI əsaslı təqdimat hazırlama platforması nextslide.ai-ı satın alıblar.
Bundan başqa işçilərə paylanan 7 milyard dollarlıq səhmlər geri alınıb. Alış zamanı şirkət dəyəri $852 milyard olaraq nəzərə alınıb.
Claude Code-dakı Auto rejimi standart rejim olacaq.
Claude ilə hazırlanan məzmunlara görünməz nişanlar əlavə ediləcək.
Anthropic-in IPO zamanı 2 trilyon dollardan çox qiymətləndirmə əldə etməsi gözlənilir.
X məzmun yaradıcılarına edəcəyi ödəniş proqramını dəyişdirir.
Grok Bot istifadəyə verilib.
Grok 4.6 adlı yeni model istifadəyə verilib. Model uzun müddətli agent işlərini görmək üçündür.
Gemini aylıq 1 milyard aktiv istifadəçiyə çatıb.
Youtube-dan gəlir əldə etmək üçün, proqrama müraciət etmək üçün tələb olunan müddət iki qat çətinləşib.
Made by Google 2026 -da yeni cihazlar tanıdıb. Təqdim edilən bütün yenilikləri buradan oxumaq olar.
Google Meet-də AI dəstəkli qeyd götürmə xüsusiyyəti offline iclaslar üçün istifadəyə yararlı hala gətirilib.
30 milyard parametrli open-weight modeli Muse Glimmer tanıdılıb.
Instagram 10 il sonra yazı logosunu yeniləyib.
IBM Cloud üzərində Nvidia HGX B300 sistemlərindən meydana gələn bir infrastruktur quracaqlar. Razılaşma dəyəri $240 milyondur.
Bu Claude Code-a rəqib alətdir.
Databricks $5 milyard aldı. Dəyəri $190 milyard oldu. (big data)
Thrive Holdings $2 milyard aldı. Dəyəri $12 milyard oldu. (multi sector)
River AI $1,1 milyard aldı. (AI)
Form Energy $750 milyon aldı. Dəyəri $2 milyard+ oldu. (energy)
Lovable $400 milyon aldı. Dəyəri $13,3 milyard oldu (AI)
Source Foundry $400 milyon aldı. Dəyəri $5 milyard oldu. (chip)
Cambridge Aerospace $300 milyon aldı. Dəyəri $3,4 milyard oldu. (defence)
Neros $250 milyon aldı. Dəyəri $2,5 milyard oldu. (defence)
Corma $60 milyon aldı. (cyber-security)
Yuno $45 milyon aldı. (fintech)
Bu həftəlik də bu qədər.
Həftəlik İcmallardan xəbərdar olmaq istəsəniz ödənişsiz üzv ola bilərsiniz:
No posts

Comments
Nothing yet. Say the first thing.
Sign in to join the conversation.