Ermənistan Silahlı Qüvvələrində baş verən intihar halları və nizamnamədən kənar münasibətlərlə bağlı sistemli həll yolları işləyib hazırlayacaq idarələrarası işçi qrupu yaradılacaq. “Qafqazinfo” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq qərar imzalayıb. Hökumət rəhbərinin imzaladığı sənəddə ordudakı özünəqəsd və nizamnamədən kənar halların qarşısının alınması…
Rusiya ordusu Jitomir şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. “Qafqazinfo” “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, hücum zamanı Milli Polisin Jitomir vilayəti üzrə Baş İdarəsinin binası vurulub. Hadisə nəticəsində 2 hüquq-mühafizə əməkdaşı həlak olub. Jitomir Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçkonun sözlərinə görə, Rusiya ordusu şəhərə reaktiv dronlarla…
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Maşallah Bayramov bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib. Hadisənin kim və hansı şəraitdə baş verməsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Yunis Quliyev
Abşeronda tanınmış vəkil saxlanılıb. “Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda qətl törədilib. “Qafqazinfo” xəbər verir ki, Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində minik avtomobilində 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Cəfər Həsənov könüllü olaraq polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.
Xankəndidə məşhur restoranın qarşısında insident olub. “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Kərkicahan qəsəbəsində yerləşən “Şah əsəri” restoranının qarşısında baş verib. 23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirərək…
12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər. “Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak…
1980-ci illərdə populyar olan geyimlər 2026-cı ilin payızında yenidən dəbə minəcək. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Vogue” jurnalının hesabatında bildirilir. Qeyd olunur ki, rəngli corablar və iri çiyin yastıqcıqlarına malik geyimlər — o cümlədən bir vaxtlar işgüzar qadınların qarderobunun ayrılmaz hissəsi olan pencəklər yenidən dəbə qayıdacaq. Bundan əlavə, “color-blocking” (rənglərin…
Doğma yurda bağlılıq, sahibkarlıq təşəbbüsü və insan amilinə verilən dəyər Ağcabədi tarixən zəhmətkeş, torpağa bağlı və sahibkarlıq ruhu güclü insanların yaşadığı bölgələrdən biri kimi tanınır. Bu rayonda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar yalnız iqtisadi proseslərdə deyil, həm də yerli ictimai həyatın formalaşmasında müəyyən rol oynayırlar. Belə insanlardan biri də Ağcabədidə…
Müasir tibb sürətlə inkişaf edir və bu inkişafın əsas istiqamətlərindən biri də diaqnostika ilə müalicə imkanlarının bir-birinə daha sıx inteqrasiya olunmasıdır. Bu baxımdan invaziv radiologiya xüsusi əhəmiyyət daşıyan, yüksək dəqiqlik, peşəkarlıq və məsuliyyət tələb edən tibbi sahələrdən biridir. Belə bir mürəkkəb istiqamətdə fəaliyyət göstərən mütəxəssislərdən biri kimi Dr. Rəşad Məmmədov…