Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Qeyd edək ki, 2027-ci ilin yanvar ayında…
20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. "Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar…
2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində avtomatik sorğular yaradılıb. Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir. Sənədlərin…
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var. Hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Azərbaycanda avqustun 21-də havanın 36 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət…
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib. Bu barədə XİN-in "X" hesabında məlumat verilib. "Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və…
Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. Bu barədə "İnterfaks-Ukrayna" şəhər rəhbəri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb. Həmçinin bildirilir ki, 21 avqust tarixi matəm günü elan ediləcək. "Hazırda Kiyevdə 12 nəfərin öldüyü məlumdur. 21 avqust paytaxta kütləvi hücumun qurbanlarının xatirəsinə Kiyevdə Matəm Günü elan…
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı…
"Qarabağ" UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq. Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk görüşündə "Tvente" (Niderland) ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22:00-da Enshededəki "Tvente" stadionunda start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Yucin Caya idarə edəcək. Qeyd edək ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq…
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni…