RSS Amplifier

Operativ Məlumat Mərkəzi · Aug 20, 2026

İran daha güclü silahlar hazırlayır

0
Sign in to vote or save

OMM Redaksiyası · Operativ Məlumat Mərkəzi

"İran Yaxın Şərqdə döyüşlərin yenidən başlaması ehtimalına qarşı daha güclü silahlar hazırlayıb".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri SEPAH sözçüsü Hüseyn Mühabbi deyib.

“Əgər müharibə yenidən başlayarsa, istifadə edəcəyimiz silahlar mütləq fərqli olacaq. Bu fərq döyüş başlıqlarının növündə, zərbələrin dəqiqliyində, raketlərin uçuş məsafəsində və ya digər göstəricilərdə özünü göstərə bilər”, - Mühabbi bildirib.

Yüksəkrütbəli iranlı hərbçi qeyd edib ki, Tehran silahlı qüvvələrini hər gün təkmilləşdirir və daha dəqiq, dağıdıcı və texnoloji baxımdan inkişaf etmiş silahlar istehsal edir.

Read the original on operativmm.az

Comments

Nothing yet. Say the first thing.

    Sign in to join the conversation.