Məzmuna keç

Hello, World!

Vikipediya, azad ensiklopediya
"Hello, World!" proqramı (1978).

Hello, world! — nəticəsi ekrana və ya digər cihaza "Hello, world!" ifadəsini çıxarmaqdan ibarət olan proqramdır (ingilis dilindən hərfi tərcümədə — "Salam, dünya!"; qeyri-rəsmi salamlaşma formasında "hamıya salam" mənasındadır). Həmçinin fərqli punktuasiya və ya registrlə olan variantlardan da istifadə olunur — məsələn, "Hello World".

Adətən, bu, proqramlaşdırma dərsliklərindəki ilk proqram nümunəsidir və bir çox tələbə üçün belə bir proqram yeni dili öyrənərkən ilk təcrübə hesab olunur.

Kompüterlər yarandığı gündən bəri kiçik yoxlama nümunələrindən istifadə olunsa da, test mesajı kimi "Hello, world!" ifadəsindən istifadə ənənəsi Breyn KerniqanDennis Ritçinin 1978-ci ildə nəşr olunmuş "Si proqramlaşdırma dili" kitabında tətbiq edilmişdir.

Mikrokontrollerlərin proqramlaşdırılması mühitində, displey olmadıqda ən sadə "Hello, world" proqramı mikrokontrollerin çıxışlarından birində işıq diodunun yanıb-sönməsini təmin edən "blink" (tərc. "göz qırpma") proqramıdır. Belə bir proqramın məqsədi yeni mikrokontroller və ya yeni tərtibat mühiti öyrənilərkən proqramın uğurla kompilyasiya edilməsi, proqramın mikrokontrollerə yazılması və mikrokontrollerin özünün işləkliyinin nümayiş etdirilməsidir.

Müxtəlif proqramlaşdırma dillərində "Hello, World!" proqramı nümunələri

[redaktə | vikimətni redaktə et]
procedure Hello is
begin
   Ada.Text_IO.Put_Line ("Hello, World!");
end Hello;
<%
Response.write("Hello, World!");
%>
print "Hello, World!"
#include <stdio.h>

int main() {
  printf("Hello, World!\n");
  return 0;
}
#include <iostream>

int main() {
  std::cout << "Hello, World!" << std::endl;
  return 0;
}
class HelloWorldApp
{
    static void Main()
    {
        System.Console.WriteLine("Hello, World!");
    }
}
public class HelloWorld
{

public static void main(String[] args)
{

System.out.println("Hello, World!");
    }
}
document.write('Hello, World!');
begin
  Writeln('Hello, World!');
end.
<?
echo "Hello, World!\n";
?>
print "Hello, World!"
print ("Hello, World!")
$ include "seed7_05.s7i";

  const proc: main is func
    begin
      writeln("Hello, World!");
    end func;

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]